“Milli şura” ağaları üçün mitinq keçirmək istəyir
Tarix: 19.10.2013 | Saat: 00:24:00 | E-mail | Çapa göndər


Azərbaycan siyasətinin “qara yara”sı olan radikal müxalifətin 20 illik fəaliyyətinə nəzər saldıqda bu düşərgənin adına ürəkaçan bir fəalliyətin, faktın şahidi olmuruq. Bütün çıxış və fəaliyyətlərini qarayaxma, uydurma ittihamlar və xaricdən gələn ssenarilərdə yazılmış fikirlər üzərində quran bu liderlərin builki prezident seçkilərində də eyni xətti tutması təəccüb doğurmadı. Seçkilər bitsə də, uğursuzluq və məğlubiyyət göz önündə olsa da müxalifət bitmiş ssenarini davam etdirməyə çalışır. Ən pisi isə odur ki, bu ssenari onların xilqətinə uyğun olaraq radikal şəkildə istiqamətləndirilir-liderlər indi də icazəsiz aksiyalara meyil göstərirlər. Bunu onların son addımları da sübut etmiş oldu.
Təsadüfi deyil ki, “milli şura”nın yaydığı son məlumatda iddia edilir ki, bu qurum oktyabrın 20-də aksiya keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət edib. BŞİH-dən isə bildirilib ki, “milli şura”dan belə bir müraciət daxil olmayıb. “Milli şura” müraciətin mətnini yayıb və qərarın Cəmil Həsənli Avropadan qayıtdıqdan sonra qəbul olunacağını bəyan edib. Cəmil Həsənli isə bildirib ki, əgər onların təklif etdikləri stadionda mitinqin keçirilməsinə icazə verilməsə, “milli şura” mitinqi şəhərin mərkəzindəki Fəvvarələr meydanında keçirəcək.
Bunlar həmişə BŞİH-ə rəsmi şəkildə müraciət edirdilər, yeri gəlsə danışıqlar aparırdılar. İndi də guya müraciəti poçt vasitəsilə yollayıblar və əllərində “qəbzləri” də var. Ancaq heç kim bilmir ki, hara və nə göndəriblər. Qəti əminlik var ki, “milli şura”nın BŞİH-ə heç bir müraciəti olmayıb. Sadəcə bu haldan istifadə edib hakimiyyətə qarşı növbəti qarayaxma planı həyata keçirmək istəyirlər. Bu cür əməllərlə ucuz şou yaratmağa çalışırlar ki, onların təkliflərinə baxılmamasını deyib, beynəlxalq aləmə car çəksinlər.
“Milli şura” oktyabrın 20-nə necə mitinq təyin edib ki, başçıları Cəmil Həsənlinin Avropadan Azərbaycana nə vaxt dönəcəyini bilmir. Axı özlərinin yaydıqları müraciət mətnində də göstərilir ki, C.Həsənlinin seçkilərin nəticələri ilə əlaqədar seçicilərlə görüşü keçiriləcək.
Seçkilər vaxtı C.Həsənlinin amerikalı polittexnoloqu ona tövsiyə etmişdi ki, teledebatlarda, müsahibələrdə, mitinqlərdə hədəfi bir nöqtəyə vursun və birbaşa dövlət başçısını hədəfə götürsün. Onlar belə düşünürdülər ki, C.Həsənlinin ünvanlı çıxışları bir tərəfdən onun haqqında cəsarətli siyasətçi obrazının yaranmasına səbəb olacaq, digər tərəfdən də cəmiyyətdə dövlət başçısına qarşı cəmiyyətin total hücumunu stimullaşdıracaq. Amma göründüyü kimi, C.Həsənlinin təhqiramiz ritorikası heç bir effekt vermədi. Bu, əksinə - onun özünə qarşı işləyən yersiz taktiki gediş oldu. Hər kəs ziyalı adına yaraşmayan fikir və siyasi qarayaxmaların şahidi oldu.
İndi də həmin polittexnoloq bunlara məsləhət verir ki, mitinqlərin keçirilməməsi müxalif elektoratda ruh düşgünlüyünə, dərin məyusluğa, depressiyaya səbəb olacaq. Bunun nəticəsi kimi elektoratın “milli şura” başçılarına inamı itəcək, insanlar onlardan üz döndərəcək. Bu hal sonrakı mərhələdə “milli şura”da günahkar axtarışına səbəb olacaq, qarşılıqlı ittihamlara, ziddiyyətlərin dərinləşməsinə və nəticə etibarilə “milli şura”nın dağılmasına gətirib çıxaracaq. Bunun baş verməməsi üçün “milli şura” mitinqləri dayandırmamalı, əgər bunu bacarmırsa, gücü çatmırsa, adam toplaya bilmirsə, mitinq görüntüsü yaratmalı və qarşıdurmaya getməlidir.
Cəmil Həsənlinin lazım gələrsə, “milli şura”nın şəhərin mərkəzində də icazəsiz aksiya keçirəcəyini bildirməsi başdan-ayağa təxribat məqsədi daşıyır. O, radikal müxalifətçiləri qanunazidd əməllərə təhrik edir və ictimai asayişi təmin edəcək hüquq-mühafizə orqanlarının əməkdaşları ilə qarşıdurma yaratmağa meyilli olduğunu göstərir. Görünür, bu da C.Həsənlinin amerikalı polittexoloqunun növbəti məsləhətidir.
Seçki ərəfəsində “milli şura”nın namizədi olan C.Həsənlinin seçicilərlə görüşlərinə tam şərait yaradıldı. Hətta seçkidən sonra “milli şura”nın seçkilərin nəticələrinə etiraz aksiyasına heç bir maneə törədilmədi. İndi bunlar hər bazar gününü mitinq gününə çevirmək istəyirlər. Məqsədlər də müxtəlifdir. Birincisi, aksiyalar olmasa “milli şura” dağılacaq. Çünki bu qurum mövcudluğunu saxlamaq üçün fəaliyyət göstərməlidir. Normal fəaliyyət göstərmək üçün qabiliyyəti, potensialı çatmadığı üçün ən asan yolu seçib. İkincisi, bu qədər seçki keçirildi, amma heç kimin başı yarılmadı. Son mitinqdə də qarşıdurma cəhdi alınmadı. İndi “milli şura”nın əsas məqsədi qarşıdurma yaradaraq hakimiyyətin guya sərbəst toplaşmaq azadlığını məhdudlaşdırdığı görüntüsü yaratmaq, öz ağalarına danışmaq üçün bəhanə verməkdir.
Qısası, Cəmil Həsənli və onun arxasında duran məlum komandanın icazəsiz mitinqə meyil edib yeni şoular yaratmaq cəhdinin pərdəarxası məqamları artıq üzə çıxır. Siyasi uğursuzluq və yarıtmaz fəaliyyətinizi boynunuza alıb bir qədər də əsl demokrat mövqeyi sərgiləyin, cənablar!
Tural




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Aİ nümayəndəsi: Azərbaycan yaxın zamanlarda insan kapitalının artırılmasına və inkişafına nail olacaq
12.11.2018
KİV-ləri Qərbdəki ayrı-ayrı qüvvələrin maraqlarına tabe etdirməyə çalışanlar...
12.11.2018
Lukaşenko: “Bizim qapılar Azərbaycan üçün açıqdır”
12.11.2018
“Ümid edirik, Paşinyan anlayır ki, Paris Sülh Forumundakı çıxışı Ermənistanın xarici siyasəti ilə tamamilə ziddir”
12.11.2018
MDR kanalı: Almaniyadakı erməni mafiyası bütün ölkə ərazisinə səpələnib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info