Barnet: “Müxalifət qəzeti utanmadan dediklərimin tam əksini yazıb”
Tarix: 21.10.2013 | Saat: 14:43:00 | E-mail | Çapa göndər


ATƏT PA-nın Azərbaycanda keçirilmiş prezident seçkilərini müşahidə missiyasının rəhbəri, xanım Doris Barnet "Azadlıq" qəzetinin internet səhifəsində onun adından səsləndirilmiş fikirlərə münasibət bildirib.
Məsələ ilə bağlı Azərbaycanın Almaniya Federativ Respublikasındakı səfirliyi tərəfindən xanım D.Barnetə müvafiq sorğu göndərilib və onun məsələyə münasibəti öyrənilib.
Səfirlikdən daxil olan məlumata görə, xanım deputat səfirliyə cavab məktubunda yuxarıda qeyd olunan məqalədə ona istinadən verilmiş sitatlar haqqında aşağıdakıları bildirib: "Faktların saxtlaşdırılmasına, mənim dediklərimin tam əksinin utanmadan mənim adıma yazılmasına görə, söz tapa bilmirəm".
Xatırladaq ki, 18 oktyabr 2013-cü il tarixində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) mətbuat orqanı olan "Azadlıq" qəzetinin internet səhifəsində "Alman deputat seçkini təriflədiyi üçün cavab verməli oldu" başlıqlı məqalə yer alıb. Məqalədə Almaniyada yaşayan, öz ölkəsini gözdən salmağa çalışan beş-altı nəfər müxalifətçinin Almaniya Bundestaqının deputatı, xanım Doris Barnetin yaşadığı Ludviqshafen şəhərində onun üzvü olduğu Sosial-Demokrat Partiyasının (SPD) qərargahı qarşısında toplaşdıqları barədə məlumat verilir. “Toplantı”nın ATƏT Parlament Assambleyasının (PA) Azərbaycanda prezident seçkilərini müşahidə missiyasının rəhbəri kimi xanım D. Barnet tərəfindən seçkilərin yüksək səviyyədə təşkil edilməsi ilə bağlı verilmiş bəyanatlarla əlaqədar keçirildiyi bildirilir və məqalədə onlarla görüşmüş xanım D.Barnetin adından onun seçkilər barədə söylədiyi fikirlərin guya təhrif olunaraq təqdim olunması haqqında sitatlar verilir. Xanım Barnetin AXCP-nin mətbuat orqanına etiraz etməsi bir daha müxalifətin seçkilər və ondan sonrakı dönəmdə yenə də yalan və iftira dolu informasiyalar yaymasının bariz nümunəsi oldu.

Tural




 
Bölməyə aid digər xəbərlər
19.03.2019
TÜRKPA Katibliyində Novruz bayramı münasibətilə tədbir keçirilib
19.03.2019
Fond yaranmasının 10-cu ildönümü və Novruz bayramı münasibətilə təntənəli mərasim təşkil edib
18.03.2019
Əfv sərəncamlarının verilməsi humanizm, əxlaqi və cəmiyyətdaxili harmoniyanın qorunması baxımından böyük önəm daşıyır
18.03.2019
Əfv sərəncamı respublikamızın humanizm prinsipləri əsasında inkişaf yolu seçdiyini bir daha nümayiş etdirdi
18.03.2019
Millət vəkili: Əfv sərəncamı ümumi ictimai həmrəylik baxımından da əlamətdar hadisəyə çevrildi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10699

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
3 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 Yuliya Naçalova vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info