Türkiyəli deputat: “İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycan çox mühüm uğurlara imza atıb”
Tarix: 21.10.2013 | Saat: 14:46:00 | E-mail | Çapa göndər


“Heç bir konkret proqramı olmayan Azərbaycan müxalifətinin sadəcə seçkilərdən seçkilərə qurduqları ittifaq bu dəfə də iflasa uğradı”

Türkiyə parlamentinin Xarici əlaqələr komissiyasının üzvü İsmail Safi nüfuzlu “Star” qəzetində dərc olunmuş məqaləsində İlham Əliyevin 10 illik hakimiyyəti dövründə Azərbaycanın çox mühüm uğurlara imza atdığını bildirib.Oktyabrın 9-da ölkəmizdə keçirilmiş prezident seçkilərində müşahidəçi kimi iştirak edən İ.Safinin məqaləsində qeyd olunur ki, Azərbaycanın ümummilli lideri Heydər Əliyev zəngin karbohidrogen ehtiyatlarından və Sovet dövründə qazandığı diplomatiya təcrübəsindən istifadə edərək ölkəsinin beynəlxalq mövqeyini gücləndirmiş, bütün xarici güclərlə balans siyasəti yürüdüb. Məqalədə vurğulanır ki, Prezident İlham Əliyevin hakimiyyəti dövründə bu siyasət davam etdirilib, ölkə iqtisadiyyatı güclü templərlə inkişaf etmiş, yoxsulluğun səviyyəsi 4 faizə enib, Azərbaycanın milli pul vahidi olan manat dünyanın ən güclü 5 valyutasından birinə çevrilib. Qüdrətli iqtisadiyyata malik olan ölkədə müdafiə sənayesi qurulub, orbitə süni peyk göndərilib. Bütün bu amillər İlham Əliyevin seçkilərdə inamlı qələbəsini təmin edib. Türkiyəli deputat Azərbaycanda müxalifətin heç bir konkret proqram və inkişaf konsepsiyası irəli sürə bilmədiyini də diqqətə çatdırır və qeyd edir ki, onların sadəcə seçkilərdən seçkilərə qurduqları ittifaq bu dəfə də iflasa uğrayıb.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10479

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info