“İnternet hüququ və etikası” kitabı nəşr edilib
Tarix: 21.10.2013 | Saat: 14:48:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Avropaya İnteqrasiya Mərkəzi İctimai Birliyinin (AİM) “Təhsildə İnternet hüququ və etikası təşəbbüsləri- Açıq Hökumətə dəstək” layihəsi çərçivəsində “İnternet hüququ və etikası” kitabı (dərs vəsaiti) nəşr olunub.
Kitabda kiberməkanda mövcud olan çoxşaxəli münasibətlərin hüquqi və etik problemləri, İnternetdə insan hüquqları, o cümlədən informasiyanın əldə olunması, ötürülməsi, şəxsi həyat və uşaq hüquqlarının qorunması, elektron xidmətlərin tənzimlənməsi üzrə beynəlxalq və milli hüququn norma və prinsipləri araşdırılmış, məhkəmə təcrübəsinə istinad edilməklə, onların düzgün implementasiyasına xüsusi yer ayırılmışdır. Dərs vəsaitində həmçinin, e-dövlət, açıq hökumət, elektron imza və elektron sənəd dövriyyəsi, e-ticarət hüququ, sosial şəbəkələrdə fəaliyyətin etik problemlərinə, habelə kibercinayətkarliğa qarşı beynəlxalq mübarizə məsələlərinə də diqqət yetirilmişdir.
AMEA-nın doktorantı, Bakı Avrasiya Universitetinin müəllimi Səyyad Məcidlinin müəllifi olduğu və “Elm və təhsil” nəşriyyatında nəfis tərtibatla çap olunmuş kitabın elmi redaktoru hüquq üzrə fəlsəfə doktoru R.K.Məmmədovdur.
AİM tərəfindən kitabın ali məktəblərdə və geniş ictimaiyyət arasında yayımı təşkil edilməklə, müvafiq qurumlara və kitabxanalara paylanması təmin olunur.

AİM-in Mətbuat və informasiya xidməti




 
Bölməyə aid digər xəbərlər
17.10.2019
Azərbaycanda startaplara 7 milyon manata qədər kredit ayrıla bilər
17.10.2019
Xəzər xaqanlığı dövründəki Türk birliyini, Türk ədalətini yenidən ortaya qoymaq lazımdır
17.10.2019
Erməni silahlıları atəşkəsi minaatanlarla pozdu
16.10.2019
İspaniya Kataloniyaya əlavə qüvvələr göndərir
16.10.2019
Prezident: Müasir dünyagörüşlü, müasir iqtisadiyyatı bilən, bilikli, gənc kadrlar işə cəlb edilməlidir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10917

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info