Xaçmaz rayonunun Hülövlü kəndinə təbii qaz verilib
Tarix: 21.10.2013 | Saat: 14:53:00 | E-mail | Çapa göndər


Xaçmaz rayonunun yaşayış məntəqələrinin qazlaşdırılması davam etdirilir. “Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən rayonun Hülövlü kəndinin qazlaşdırılması işi başa çatdırılmış, abonentlərə təbii qaz verilməsinə başlanıb.
Bu münasibətilə keçirilən mərasimdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İB-nin nümayəndələri, ziyalılar və kənd sakinləri iştirak edibər.
Rayon icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev bildirib ki, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq Xaçmaz rayonunun yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Hazırda rayonunun 151 yaşayış məntəqəsində 25 min 705 abonent təbii qazdan istifadə edir. 2013-cü ildə Xudat II şöbə, Şıxlar, Maşıoba, Çuxuroba, Şıxhaput, Dədəli və Bostançı kəndlərinə təbii qaz verilib. Daha 5 kənddə qazlaşdırma işləri aparılır.
“Azəriqaz” İB-nin əsaslı tikinti şöbəsinin rəis müavini Natiq Ələsgərov məlumat verib ki, Hülövlü kəndinin qazlaşdırılması üçün ümumilikdə 19 kilometr uzunluğunda müxtəlif diametrli dəmir borulardan istifadə olunub, bütün mənzillərdə qaz sayğacları quraşdırılıb. Kənddə 310 abonent qazdan istifadə edəcək.
Kənd ağsaqqalları əhalinin sosial problemlərinin həllinə göstərilən yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Mərasimdə qaz çəkilişində fərqlənən işçilərə hədiyyələr təqdim olunmuşdur.
Sonda rəmzi məşəl alovlandırılmış və kəndə təbii qaz verilib.




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
İnnovasiyalar Agentliyinin Nizamnaməsi və Strukturu təsdiqlənib
22.02.2019
Dövlət Gömrük Komitəsi növbəti mediatur təşkil edib
22.02.2019
Naxçıvanda yeni Günəş Elektrik Stansiyası istifadəyə verilib
22.02.2019
Azərbaycanın turizm imkanları Moskvada təqdim olunub
22.02.2019
“Xocalıya ədalət“: İsraildə soyqırımı qurbanlarının anım günü keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10614

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info