Bu günədək 650 mindən çox Azərbaycan vətəndaşı “ASAN xidmət”dən yararlanıb
Tarix: 21.10.2013 | Saat: 14:57:00 | E-mail | Çapa göndər


Cari il yanvarın 15-dən bu günədək artıq 650 mindən çox Azərbaycan vətəndaşı “ASAN xidmət” çərçivəsində göstərilən dövlət xidmətlərindən yararlanıb. Bunun xüsusi bir pay çəkisi də səyyar “ASAN xidmət”in üzərinə düşür. Biz tam əminik ki, burada, yəni Şəki şəhərində göstərilən səyyar xidmətdən sonra bu göstərici daha da artacaq.
Bu sözləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin beynəlxalq və ictimai əlaqələr şöbəsinin müdiri Azad Cəfərli Şəkidə jurnalistlərə müsahibəsində deyib.
Səyyar “ASAN xidmət” çərçivəsində vətəndaşlara 5 dövlət orqanı tərəfindən 8 növ dövlət xidmətinin təqdim olunduğunu nəzərə çarpdıran qurumun təmsilçisi bildirib ki, bu xidmətlər özü-özlüyündə çox innovativ xarakter daşıyır. Əsas məqsəd bu xidmətlərin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, əhali üçün əlçatanlığın təmin edilməsi, vətəndaş məmnunluğuna nail olunmasıdır.
Azad Cəfərli demişdir: “Biz tam əminik ki, bu xidmətlər bundan sonra da davam etdirilməklə, vətəndaşların məmnunluğuna, vətəndaş ilə dövlət qulluqçusu arasındakı münasibətlərin keyfiyyətcə yeni müstəviyə çıxarılmasına, elektron xidmətlərdən geniş istifadə olunmasına öz töhfəsini verəcək. Burada xidmətlərin daha rahat şəkildə təqdim olunması üçün elektron növbə aparatından istifadə olunur. Quraşdırılmış xüsusi avadanlığın köməyi ilə bu və ya digər sənədlərin yerindəcə çap edilib vətəndaşlara təqdim olunması təmin olunur. Eyni zamanda, mərkəzlərdə quraşdırılmış məlumat bazalarına çıxışlar təmin olunub. Xüsusi avadanlığın vasitəsilə vətəndaşlarla bağlı sorğular yerindəcə mərkəzi aparata təqdim edilir və bu sorğulara cavablar alınır”.
Azad Cəfərlinin bildirdiyinə görə, indiyədək səyyar “ASAN xidmət” çərçivəsində 16 məntəqədə 28 rayonun sakinlərinə müvafiq dövlət orqanlarının xidmətləri göstərilib. Ümumilikdə 22 məntəqədə 41 rayonun sakininə səyyar “ASAN xidmət”in göstərilməsi planlaşdırılır. Şəkidən sonra noyabrın əvvəllərində Zaqatala və ətraf rayonların sakinləri də bu xidmətlərdən yararlana biləcəklər.




 
Bölməyə aid digər xəbərlər
15.06.2019
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasını qoydu
15.06.2019
İyunun 15-i xalqımızın bəlalardan qurtuluşunun carçısıdır
14.06.2019
Azərbaycanın bugünkü reallıqları Heydər Əliyev siyasətinin təntənəsi, milli qurtuluşun uğurlarıdır
14.06.2019
Bakıda dəhşət: Jurnalistin qızı və arvadı özünü 10-cu mərtəbədən atdı
14.06.2019
“Carlsberg Azerbaijan” ETSN qarşılıqlı anlaşma haqqında memorandum imzaladı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10805

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
3 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Çilidə güclü zəlzələ olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info