“Növbəti beş ildə ölkəmiz daha da çiçəklənəcək”
Tarix: 21.10.2013 | Saat: 15:22:00 | E-mail | Çapa göndər


Artıq prezident seçkiləri geridə qalıb, Azərbaycan xalqı növbəti beş il üçün öz vahid namizədini seçdi. Prezidentin təntənəli sürətdə andiçmə mərasimi keçirildi. Bu prezident seçkilərində Azərbaycan xalqı keçmiş on ilə nəzər salaraq, ölkəmizin hərtərəfli inkişafını diqqətə alıb səs verməyə getdi və böyük əksəriyyət İlham Əliyevə səs verdi.
Bəs, gəncləri İlham Əliyevə səs verməyə nə vadar etdi? Bu il yüzlərlə gənc ilk dəfə səs vermək hüququndan istifadə edərək, Ulu öndərimizin layiqli davamçısına səs verdiklərini bildirdilər.
Ölkəmizin hərtərəfli inkişafı göz qabağındadır, aparılan sosial-iqtisadi proqramlar, quruculuq, abadlıq işləri, ugurlu xarici siyasətlə yanaşı, keçən on ildə həyata keçirilən ugurlu gənclər siyasəti və növbəti beş ildə genişləndirilərək davam edəcək gənclərin inkişafına yönəlmiş proqramlar biz gəncləri məhz İlham Əliyevə səs verməyə səsləyən səbəblərdəndir.
Müasir Azərbaycan gəncliyinin bir nümayəndəsi olaraq, 9 oktyabrda öz vətəndaşlıq borcumu yerinə yetirməyə gedərkən, öz səsimi kimə, nə üçün verməliyəm və ya müasir Azərbaycanımızın prezidenti növbəti beş il üçün kim olmalıdır deyə, düşünərkən, təbii ki, aşağıdakı səbəblər olmadan qərar verə bilməzdim.
Müasir Azərbaycan ötən iyirmi il ərzində misilsiz inkişaf yolu keçmiş, möhkəmlənmiş, dünya birliyində öz sözü, öz mövqeyi olan, Avropaya doğru istiqamətlənən, Qərbin, islam və türk dünyalarının qabaqcıl dəyərlərini uzlaşdıra bilən lider dövlətə çevrilib. Bir çox ölkələrin 40-50 il ərzində keçdikləri yolu Azərbaycan son on ildə məhz İlham Əliyevin rəhbərliyi ilə fenomenal sürətlə qət edə bilib. Bu uğur isə ümummilli liderimiz Heydər Əliyevin təməlini qoyduğu siyasi kurs və onun layiqli davamçısı Prezident İlham Əliyevin fəaliyyəti ilə bağlıdır.
Ötən illər ərzində ölkənin iqtisadi qüdrəti artıb, ayrı-ayrılıqda hər birimizin, bütövlükdə əhalinin sosial vəziyyəti digər MDB dövlətləri ilə müqayisədə əhəmiyyətli dərəcədə yüksəlib. Çünki dövlət başçısının ardıcıl olaraq yürütdüyü siyasətin mərkəzində ilk növbədə insan amili - Azərbaycan Respublikası vətəndaşının həyat səviyyəsinin yüksəldilməsi, onun problem və qayğılarının aradan qaldırılması dayanır.
Azərbaycan iqtisadiyyatının yüksələn templə inkişafı, onun inteqrasiya imkanlarının genişləndirilməsi, əhalinin rifah halının yaxşılaşması, bir sözlə, düzgün və uzaqgörən sosial-iqtisadi siyasətin tətbiqi nəticəsində ölkəmiz qısa müddət ərzində dünyanın orta gəlirli dövlətləri sırasına daxil olub. Prezident İlham Əliyevin sosial-iqtisadi siyasəti, davamlı olaraq aparılan islahatlar və zəngin kadr potensialı ölkəmizin daha geniş imkanlara malik olduğunu göstərir. Bu isə o deməkdir ki, Azərbaycan bu kursla irəliləməyə davam edərsə, gələcəkdə də özünün iqtisadi və sosial tələbatını təmin edəcək.
Sosioloji sorğuların nəticələrinə əsasən də, seçkilərdə prezidentliyə namizəd İlham Əliyevi dəstəkləyənlərin, ona etimad göstərənlərin böyük hissəsi gənclər olmuşlar. Xaricdə təhsil almış Azərbaycan gəncinin bir nümayəndəsi olaraq deyə bilərəm ki, Azərbaycanda uğurla həyata keçirilən gənclər siyasəti bu gün təkcə ölkəmizin ərazisi ilə məhdudlaşmır, onun hüdudlarından kənarda da geniş yayılmaqdadır. Xarici ölkələrdə təhsil alan minlərlə azərbaycanlı gənc məhz bu uğurlu siyasətin nəticəsində yüksək ixtisaslı kadr kimi yetişməklə yanaşı, həm də dövlətimizin, xalqımızın milli maraqlarının qorunmasında, Azərbaycan haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında fəal iştirak etməkdədir. Prezidentimiz dəfələrlə vurğulayıb ki, gənclik Azərbaycanın gələcəyidir.
Ölkəmizin son illər ərzində intensiv sosial-iqtisadi inkişafı, cənab Prezidentin gənclər siyasətində müəyyən etdiyi prinsiplər yeni nəslin önəmli rolunu artırmaqla, onlara dövlətin gələcəyinə məsuliyyət hissini aşılamaqla qarşılarına mühüm vəzifələr qoymaqdadır. Bu baxımdan, Prezidentin çoxşaxəli fəaliyyəti nəinki Azərbaycanda, eləcə də ölkə hüdudlarından kənarda yaşayan hər bir azərbaycanlı gənc üçün böyük örnəkdir.
Artıq Prezidentin imzaladığı “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” öz töhfələrini verməyə başlayıb, xarici ölkələrin ali təhsil müəssələrində təhsil alan tələbələrin bir qismi peşəkar kadr kimi Vətənə qayıdaraq, yüksək vəzifələrdə ölkəmizin inkişafı üçün çalışırlar.
Təbii ki, səs verməyə gedən hər bir gənc də mənim kimi müstəqil sürətdə bu uğurlarımızı nəzərə alaraq, Azərbaycanımızın gələcək inkişafı naminə, hazırkı dövlət başçısına növbəti etimadlarını göstərərək, səs vermişlər.
Mən əminəm ki, növbəti beş il ərzində ölkəmiz daha da çiçəklənəcək, inkişaf tempi davam edəcək, gənc kadrlar dövlət orqanlarında daha çox yer tutacaq, cənab Prezidentin uğurlu gənclər siyasəti nəticəsində gənclər dövlətimizin əsas aparıcı qüvvəsi olacaq !!!

Sara Əliyeva
Ankara Dövlət Universitetinin magistrı





 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir
18.11.2018
Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info