Araz Əzimov: “Monitorinq zamanı atəş açılması provokasiyaların davamıdır ”
Tarix: 21.10.2013 | Saat: 15:37:00 | E-mail | Çapa göndər


Azərbaycan xarici işlər nazirinin müavini, prezidentin Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi Araz Əzimov jurnalistlərə açıqlamasında ATƏT-in monitorinqi zamanı təmas xəttində baş verən insidentə münasibət bildirdi. A. Əzimov atəşkəs pozuntusunun tez-tez müşahidə olunmasından və erməni tərəfinin bu cür provokasiyalar törətməsindən təəssüfləndiyini qeyd etdi: “Əvvəla, belə pozuntular təəssüf ki, heç də gözlənilməz hadisə deyil. Bu, artıq rutin praktikaya çevrilib, erməni tərəfi hər gün bu cür provokasion addımlar atır. Bu dəfə monitorinq zamanı atəş açılması və müşahidəçilərin olduğu bir vaxtda atəşkəs rejiminin pozulması da bu provokasiyaların davamıdır. Bizim buna münasibətimiz əlbəttə ki, mənfidir”.
Bununla yanaşı, diplomat onu da bildirdi ki, ATƏT-in fəaliyyətdə olan sədrinin və onun səhra köməkçilərinin fəaliyyət göstərdikləri 1997-ci ildən bəri onlardan situasiyanın dəqiq qiymətləndirməsini almaq mümkün olmayıb: “Belə bir qiymətləndirmə bir neçə il əvvəl olsa, bəlkə də bu gün heç kim monitorinq zamanı atəşkəsi pozmağa cürət etməzdi. Hörmətli Kasprşik və onun səhra köməkçiləri mənə məlum olmayan hansısa səbəbdən atəşin istiqamətini və ümumiyyətlə, dəfələrlə üzləşdikləri situasiyanı müəyyənləşdirməkdə çətinlik çəkirlər. Yəqin cəzasızlığın nəticəsi olaraq belə hallar baş verir”. A. Əzimovun sözlərinə görə, dəqiq qiymət verməkdən bu cür yayınmaq yalançı neytrallığın və qərəzsizliyin təzahürüdür: “Bununla onlar atəşkəs pozuntularının davam etməsinə şərait yaratmış olurlar”. Nazir müavini bildirdi ki, ən düzgün adım işğal altındakı ərazilərdən qoşunların çıxarılması, o ərazilərin azad edilməsi və situasiyanın normallaşdırılması üçün konkret addımların atılması olardı.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Polşa portalı Prezident İlham Əliyevin Belarusa rəsmi səfərindən yazıb
20.11.2018
Müxalifət islah olunmayacaq
20.11.2018
Belarus Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləyir
20.11.2018
İzmirdə Türkdilli Ölkələrin Parlament Assambleyasının Şura iclası keçirilib
20.11.2018
Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info