Heydər Əliyev Mərkəzində “Bayatı” caz layihəsi
Tarix: 21.10.2013 | Saat: 16:02:00 | E-mail | Çapa göndər


Oktyabrın 20-də Heydər Əliyev Mərkəzi Azərbaycan musiqisinin, caz sənətinin inkişafı və müxtəlif mədəniyyətlərin inteqrasiyası istiqamətində daha bir layihəni reallaşdırıb. Heydər Əliyev Mərkəzinin Auditorium zalında caz ifaçısı, Əməkdar artist Şahin Növrəslinin "Bayatı" adlı konserti keçirilib. Konsertdə pianoçunun yeni ifaları - müəllif bəstələri, Azərbaycan klassik və xalq musiqi əsərlərinə caz improvizasiyaları səslənib. “Natəvan üçün noktürn”, “Dəyirmandan vağzala”, “Əlində sazın qurbanı”, “Bayatı Şiraz”, “Bağa girdim üzümə” kimi musiqi parçaları təqdim edilən əsərlər sırasında olub. Gecənin xüsusi qonağı - finlandiyalı müğənni Yanita (Janita) da öz ifaları ilə tamaşaçıların zövqünü oxşayıb. O, repertuarından “Sən gözəlsən”, “Üzündəki cizgilər”, “Səssiz”, “Məni aya uçur” kimi kompozisiyaları tamaşaçılara təqdim edib. Pianoçu Şahin Növrəsli 1977-ci ildə Bakıda anadan olub. Musiqi ilə çox erkən yaşlarından məşğul olmağa başlaybş və artıq 11 yaşında Azərbaycan Dövlət Filarmoniyasında simfonik orkestrin solisti kimi çıxış edib. O, Azərbaycan muğamı ilə ənənəvi caz ritmlərini sintez edərək, öz musiqisində Şərq və Qərb mədəniyyətlərini birləşdirib. Şahin Növrəsli dünyanın müxtəlif ölkələrinə qastrol səfərləri zamanı Kenni Viler, Ari Hoeniq, Uday Mazumdar, Allison Miller, Natan Pek, Aleks Pek, Mat Zebroski, Cef Lederer, Con Vikan, Aleksandr Maşin kimi görkəmli musiqiçilərlə birgə çıxış edib, albomlar yazdırıb. Müğənni və bəstəkar Yanitanın vətəni Finlandiyada 8 albomu işıq üzü görüb. Onlardan bir neçəsi bu ölkənin ən məşhur qırx albom sırasına daxil olub. Yanita Nyu-Yorka köçdükdən sonra “Sony” ilə müqavilə imzalayaraq dünya səviyyəsində populyarlıq qazanıb. “Mənə yaxşı olacaq” debüt albomunun ardınca “Ömrün fəsilləri”, daha sonra “Kabus” albomlarını buraxdırıb. Heydər Əliyev Mərkəzində təqdim olunan “Bayatı” caz gecəsi Azərbaycan caz ənənələrinin təbliği və dünya mədəniyyətinin ölkəmizdə tanıdılması istiqamətində həyata keçirilən layihə kimi tamaşaçıların zövqünü oxşayıb.




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
Türkiyə hökuməti Beynəlxalq Əfv Təşkilatının “Sülh çeşməsi” antiterror əməliyyatı ilə bağlı hesabatını qərəzli hesab edir
20.10.2019
Naxçıvan Qarnizonunda silsilə tədbirlər keçirilib
20.10.2019
Bu müxalifət rəhbərləri efirlərdə özbaşınalıqlar törədiblər, insanları təhqir edərək, döyərək, onları alçaldıblar
20.10.2019
Ölkəmizdə aparılan islahatlar xalqımızın sosial rifahının yaxşılaşmasına xidmət edəcək
20.10.2019
Bu gün Dünya Osteoporozla Mübarizə Günüdür

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
3 Vasim Məmmədəliyev vəfat edib
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info