“ABŞ yeni prezidentlik müddətində İlham Əliyevlə sıx əməkdaşlığı səbirsizliklə gözləyir”
Tarix: 21.10.2013 | Saat: 16:06:00 | E-mail | Çapa göndər


Morninqstar: “ABŞ-Azərbaycan ikitərəfli əməkdaşığı geniş və önəmlidir”

“Amerika Birləşmiş Ştatları yeni prezidentlik müddətində Prezident İlham Əliyev və Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyir”. “Palitra”nın məlumatına görə, bu barədə ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstarın Prezident İlham Əliyevin inauqurasiyası ilə bağlı bəyanatında deyilir.
Səfir bəyanatına bildirib ki, istənilən tərəfdaşlar arasında olduğu kimi, bizim də fikir ayrılıqlarımız, eyni zamanda çoxlu ortaq maraqlarımız da var: "Biz Azərbaycanda demokratik dəyər və prinsipləri təşviq etmək üçün hökumət və vətəndaş cəmiyyəti ilə əməkdaşlığı davam etdirəcəyik. Biz, həmçinin Dağlıq Qarabağ münaqişəsini nizamlamaq üçün Azərbaycan hökuməti ilə fəal əməkdaşlıq edəcəyik. ABŞ-Azərbaycan ikitərəfli əməkdaşığı geniş və önəmlidir, buraya regional təhlükəsizlik, terrorizmlə mübarizə, enerji təhlükəsizliyi və iqtisadi şaxələndirmə daxildir. Biz növbəti beş ildə Azərbaycan xalqı və hökuməti ilə əlaqələrimizi genişləndirmək və dərinləşdirməyə ümid edirik".

Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info