Araz Əzimov: “Avropa Birliyi ilə münasibətlərimiz hansısa ümumi regional yanaşmaya əsaslanmamalıdır”
Tarix: 21.10.2013 | Saat: 16:13:00 | E-mail | Çapa göndər


Azərbaycanın Avropa Birliyinin “Şərq tərəfdaşlığı” proqramının sammitinə dəvət olunması ilə bağlı jurnalistlərin sualına cavabında xarici işlər nazirinin müavini Araz Əzimov bildirdi ki, “Şərq tərəfdaşlığı” sammitində iştirak qərarı ən yüksək səviyyədə qəbul ediləcək: “Ola bilər ki, iştirak ən yüksək səviyyədə olsun, eyni zamanda daha aşağı səviyyədə iştirak da mümkündür”. Nazir müavini qeyd etdi ki, proqram lap əvvəldən kifayət qədər yayğın coğrafi çərçivəyə malik olub: “Biz hesab edirik ki, Avropa Birliyi ilə münasibətlərimiz hansısa ümumi regional yanaşmaya əsaslanmamalıdır. Mənim fikrimcə, “Şərq tərəfdaşlığı” çox yayğın, rəsmi şəklə salınmamış coğrafi, siyasi və iqtisadi çərçivəyə malikdir. Sadəcə, keçmiş SSRİ-nin yerində yaranmış respublikalardan biri kimi seçilməyimiz doğru deyil. Bu ölkələr qrupunda müxtəlif imkan, resurs, start mövqeyi və məqsədlərə malik dövlətlər var. Ona görə də bizi hansısa ümumi çərçivəyə salmaq o qədər də doğru qərar deyildi”. A. Əzimov bildirdi ki, Bakı AB-dən Azərbaycana bir tərəfdaş kimi daha əsaslı münasibət gözləyirdi. Belə əsaslı və uğurlu prosesə misal kimi o, enerji sahəsində strateji tərəfdaşlıq haqqında Azərbaycan və AB arasında imzalanmış memorandumu göstərdi: “Bir sahədə belə bir təcrübə var idisə, bu təcrübəni iqtisadiyyat, tranzit, nəqliyyat, mədəni-informasion məkan da daxil olmaqla, daha geniş sferaya yaymaq olardı. Azərbaycan öz müstəqilliyinin 20 ildən artıq bir dövründə heç vaxt düşünülməmiş addım atmayıb və yaxud hansısa ümumi siyasi dəb çərçivəsində hansısa fəaliyyət həyata keçirməyib. Biz hər zaman bu və ya digər addımın nəticəsində konkret hansı effekti alacağımızı düşünərək addım atmışıq”.
“İkili standartlar əsasında yanaşmalara yol verilə bilməz və verilməməlidir”

Araz Əzimov ATƏT-lə əməkdaşlığın gələcəyi ilə bağlı bildirdi ki, Azərbaycan ATƏT-in üzvüdür: “Biz istəyərdik ki, bu təşkilatda son vaxtlar müşahidə etdiyimiz mənfi tendensiyaların qarşısı alınsın”. O bildirdi ki, ATƏT bütün üzv ölkələrin təşkilatı olmalıdır: “Daxildə hansısa ayırıcı xətlər olmamalıdır. İkili standartlar əsasında yanaşmalara yol verilə bilməz və verilməməlidir. Bu cür təşkilat daxilində Azərbaycan öz fəaliyyətini davam etdirməyə hazır olacaq”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Dumanlı hava şəraiti ilə bağlı sürücü və piyadalara xəbərdarlıq
21.01.2019
“Milliön”dən gizli yolla 122 min manatdan çox vəsaiti talamış şəxs saxlanılıb
21.01.2019
Biləsuvarda 1176 yerlik yeni məktəb binası tikilir
21.01.2019
“AtaSığorta”: “Sığorta yığımları 8,7 milyon manat artıb”
21.01.2019
Ölkəyə narkotik vasitə keçirilməsinin qarşısı alınıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info