“Hələlik Azərbaycanla Ermənistan arasında müzakirə aparılmır, sadəcə, ayrı-ayrı görüşlər keçirilir. Müzakirə aparmaq üçün hər iki tərəfdən hazırlıq tələb olunur. Bizim fikrimizcə, qarşı tərəfdə bu cür hazırlıq hələ ki müşahidə edilmir”. Bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov bildirdi. A. Əzimov qeyd etdi ki, tərəflər arasında yeni görüşlər keçirilə bilər: “Lakin mənim şəxsi mövqeyim belədir ki, görüş xətrinə görüş keçirmək mənasızdır. Görüşün mahiyyətini təşkil edəcək məsələlərdə irəliləyiş üçün imkan müşahidə edilərsə, Azərbaycan belə görüşdən qaçmaz. Lakin gördüyünüz kimi, hələlik bu istiqamətdə irəliləyiş yoxdur”.
Nigar
|