Cəmil Həsənli indi də “milli şura” üzvlərini hədələyir
Tarix: 21.10.2013 | Saat: 19:25:00 | E-mail | Çapa göndər


Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini, İctimai Palatanın üzvü Fuad Qəhrəmanlı üzvü olduğu İctimai Palataya qarşı çıxıb. Bu barədə onun sosial şəbəkələrdə yayılan fikirlərində bildirilir. O deyib: “Milli şura” prioritet qurum olduğuna görə hesab edirəm ki, İctimai Palatanın paralel struktur kimi saxlanılmasına zərurət yoxdur. Çünki ictimai palatanın bir vaxtlar başladığı missiyanı indiki halda “milli şura” həyata keçirir”. F. Qəhrəmanlı öz fikirlərinə haqq qazandırmağa da çalışıb. Onun sözlərinə görə, “milli şura” müxalifətin daha geniş əməkdaşlıq formatı kimi fəaliyyət göstərir.
Qeyd edək ki, ilk olaraq Azərbaycan Xalq Partiyasının sədri, İctimai Palatanın Koordinasiya Şurasının üzvü Pənah Hüseyn İctimai Palatanın buraxılmasını təklif edib. İndi isə F. Qəhrəmanlının belə təklifi ortalıqda yeni, hansısa intriqa yaradacaq proseslərin getməsindən xəbər vermiş olur.
Bundan başqa Fuad Qəhrəmanlının təriflədiyi “milli şura”nın da acınacaqlı duruma düşməsi diqqətdən yayınmamalıdır. Son zamanlar buradan istefaların olması Cəmil Həsənlini də qayğılandırmağa başlayıb. Tarix müəllimi keçirdiyi mətbuat konfransında bu məsələyə toxunub. Cəmil Həsənli “ixtiyar”ında olan heyəti də hədələməyi unutmayıb: “Eyni zamanda kim özünü doğrultmasa, “milli şura”ya zərbə vurursa, həmin adamlar “milli şura”dan uzaqlaşdırılacaq”.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Paşinyanın oğlunun hərbi xidmət piarından yararlanmaq cəhdi nə vəd edir...
18.09.2018
Çində Azərbaycan haqqında daha çox informasiya veriləcək
17.09.2018
Azərbaycanlılar Avropada yeni media orqanı təsis ediblər
17.09.2018
“Türkmənistan TANAP-a iqtisadi böhrandan çıxmaq üçün yeganə çıxış yolu kimi baxır”
17.09.2018
Azərbaycan Cümhuriyyətinin ədliyyə nazirləri

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Əfsanəvi İndoneziya batikaları
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info