“Son hadisələr Rusiya müsəlmanlarında ciddi narazılıq yaradıb”
Tarix: 21.10.2013 | Saat: 22:43:00 | E-mail | Çapa göndər


Deniel Payps: “Müsəlmanların Rusiyada sayının sürətlə artması artıq “müsəlman Rusiyası” anlayışını yaradıb”

Moskvada Şerbakovun öldürülməsindən sonra miqrantlara qarşı baş verən müxtəlif təxribatlar dünya mətbuatının da diqqət mərkəzindədir. Bu məsələyə “The Washington Times” qəzeti də öz səhifələrində yer verib. Yazının müəllifi Deniel Payps qeyd edib ki, 144 milyonluq Rusiya əhalisinin təxminən 21-23 milyonu müsəlmandır. Amma müsəlmanların sayı sürətlə artır.
Deniel Payps yazır: “Alkoqolizmdən əziyyət çəkən ruslar üçün Avropa səviyyəli doğum, Afrika səviyyəli ölüm xarakterikdir. Moskvada bir rus qadına düşən uşaq doğumu 1,1 təşkil etdiyi halda müsəlman qadında bu, 2,3-dür. Təxminən 3-4 milyon müsəlman Rusiyaya keçmiş sovet respublikalarından, əsasən də Azərbaycan və Qazaxıstandan gəlib. Rusiyadakı azlıqlar üzrə ekspert Pol Qobl qeyd edir ki, hazırda Rusiyada dini transformasiya baş verir. Bunun isə beynəlxalq ictimaiyyət üçün Sovet İttifaqının dağılmasından da böyük təsiri ola bilər. Bir müddət keçəndən sonra Rusiya ordusuna çağırılanların yarısını müsəlmanlar təşkil edəcək. Ekspert Cozef Daqostino sual edir-müsəlmanların əksəriyyətinin Rusiya ordusunun Çeçenistandakı taktikasını bəyənmədiyini nəzərə alsaq, belə bir ordu nə dərəcədə effektiv olacaq? Müsəlmanların Rusiyada sayının sürətlə artması artıq “müsəlman Rusiyası” anlayışını yaradıb. Kreml bu problemə qarşı müqavimət göstərir. 2009-cu ildə Rusiya dövlət başçısı olmuş Dmitri Medvedev kompromisə gələrək bildirirdi ki, Rusiya müsəlman dünyasının bir hissəsini təşkil edir. Amma Amerika Şurasının xarici məsələlər üzrə eksperti İlian Berman hesab edir ki, Kremlin müsəlmanlara qarşı diskriminasiya siyasəti, son hadisələr Rusiya müsəlmanlarında ciddi narazılıq yaradıb və bu situasiyadan radikallar istifadə edə bilər. Ötən həftə Rusiyada baş qaldıran antimiqrant aksiyası ciddi problemlər doğura bilər”.
Anar




 
Bölməyə aid digər xəbərlər
23.05.2019
Ermənilərin 45 faizi işsizliyi əsas problem hesab edirlər
23.05.2019
Baş nazir: Gürcüstan-Azərbaycan sərhədi ilə bağlı məsələ dostluq münasibətlərimizin ruhuna uyğun həll olunacaq
23.05.2019
Rusiya “ərəb NATO-su”na qarşı: “Bu, çox təhlükəli yoldur”
23.05.2019
ABŞ Türkiyəyə vaxt verib: Ankara təkzib edir
23.05.2019
Türkiyə və Yunanıstan arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10785

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info