Norveçin Günəş düşməyən qəsəbəsini güzgülər işıqlandıracaq
Tarix: 21.10.2013 | Saat: 23:18:00 | E-mail | Çapa göndər


Rjukan, Norveçin paytaxtı Oslonun 150 kilometr qərbində yerləşən bir şəhərdir. Sənaye şəhəri olan Rjukan, sıra dağlarla əhatələnmiş vadinin ətəyindədir. Buna görə şəhər əhalisi ilin beş-altı ayı günəş üzünə həsrətdir. Ancaq Rjukanda yaşayanlar, günəş işığından məhrumolma probleminə bir həll yolu tapıblar.
Şəhərin tam qarşısındakı təpənin ən üst nöqtəsinə yerləşdirilən aynalar sayəsində, qış aylarında Günəş işığını şəhərə əks etdirməyi bacarıblar. 3500 adamın yaşadığı şəhərdə qurulan aynaların xərci 835 min dollardır. Heliostat adlı günsalıcı aynalar, işıq şüaları ilə şəhəri işıqlandıracaq. Qeyd edək ki, güzgülərin rəsmi olaraq xidmətə açılışı oktyabrın 31-də olacaq.
Əslində ayna yerləşdirmək ideyası təxminən 100 il əvvələ aidir. Lakin bu fikiri ancaq indilərdə reallaşdırmaq mümkün olub. Belə ki, layihənin ideya müəllifi Sam Eydedir. O, hələ 1907-ci ildə qaranlıq vadidə hidroelektrik fabriki tikib işçiləri işlətməyə başlayıb. Rjukan şəhər səlahiyyətlisi Rune Loedoeen deyib ki, o zamanlar, texnologiya olmadığı üçün Eyde bunu həyata keçirə bilməmişdi: “Buna görə, insanları Günəş işığına çatdırmaq üçün vadiyə bir kabel yerləşdirdi”, deyə o əlavə edib. Bölgə sakinləri layihə sayəsində qış ayları boyunca daha çox turistin gəlməsinə ümid edir.
Xatırladaq ki, 2006-cı ildə İtaliyadakı Viganella kəndində də, eyni şəkildə günəş işığından faydalanmaq üçün poladdan heliostat tikilib.
Fuad




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Yaponiya hökuməti dövlət qulluqçularının çoxunun evlərində işləməsinə çalışır
25.09.2018
Roma Papası Latviyada səfərdədir
25.09.2018
Mərkəzi Asiyada ilk beynəlxalq turizm universiteti Astanada açılacaq
25.09.2018
PKK başçısının yaxın silahdaşı həbs olunub
24.09.2018
Moldova Konstitusiya Məhkəməsi Dodonun səlahiyyətlərini müvəqqəti dayandırlb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10142

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info