Səttar Mehbalıyev: “Rusiyada yaşayan azərbaycanlıların həmkarlar təşkilatını yaratmaq istəyirik”
Tarix: 22.10.2013 | Saat: 00:11:00 | E-mail | Çapa göndər


Əlaçı və həmkarlar ittifaqı fəalı olan ali məktəb tələbələrinə adlı
təqaüdlər təqdim edilib


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında 2012-2013-cü tədris ilinin yay imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan ali məktəb tələbələrinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ) adlı təqaüdünün təqdim olunması mərasimi keçirilib.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və ATİAHİ Respublika Komitəsinin sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev ölkədə dövlət gənclər siyasətinə verilən dəstəkdən bəhs edərək bu istiqamətdə həyata keçirilən tədbirlərdən danışıb. Qeyd edilib ki, tələbələrdə elmə, təhsilə marağın artırılması məqsədilə 1995-ci ildə ATİAHİ Respublika Komitəsinin adlı təqaüdü təsis edilib. O vaxtdan bu günədək ali təhsil müəssisələrində qış və yay sessiyasının nəticələrinə görə uğur əldə etmiş 1.600 nəfərə yaxın tələbə bu təqaüddən yararlanıb.
Gəncləri savadlı, təhsilli yetişdirməyin Azərbaycan dövlətinin əsas prioritetlərindən biri olduğunu bildirən S.Mehbalıyev qeyd edib ki, bu gün 2.700 tələbə xaricdə oxuyur və onların xərcləri dövlət tərəfindən ödənilir. O, təqaüd alan tələbələrin bundan sonra da ictimai həyatda fəal iştirak edəcəklərinə inandığını bildirib. Təhsil nazirinin müşaviri İlham Pirməmmədov adlı təqaüdlərin təsis olunması və ATİAHİ-nin bu işdə təşəbbüsünü təqdirəlayiq hal kimi qiymətləndirmiş, tələbələrə uğurlar arzulayıb.
Sonra yay imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan 60 ali məktəb tələbəsinə ATİAHİ Respublika Komitəsinin adlı təqaüdü təqdim edilib.
Qeyd edək ki, Səttar Mehbalıyev jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycanda 10 mindən artıq miqrant çalışır. Onların bir qismi neft sektorunda, ticarət və tikinti sahəsində çalışır: “Bütün dünyada miqrant problemləri var. Dünya iqtisadi böhranı səbəbindən Avropa ölkələrində iş yerlərinin sayı azalır. Böyük müəssisələr bağlanır, işsizlər ordusu yaranır. Həmin işçilər miqrant kimi ailələrini də götürüb iş dalınca müxtəlif ölkələrə gedirlər. O insanlar Azərbaycana gəlirlərsə, biz onların hüquqlarını öz işçilərimizin hüquqları kimi tanımalıyıq”. Onun sözlərinə görə, Həmkarlar İttifaqı Konfederasiyası Rusiya da daxil olmaqla, digər ölkələrdə çalışan azərbaycanlıların təşkilatını yaratmağa çalışır: “Biz bu istiqamətdə bəzi görüşlər keçirmişik. Rusiyada yaşayan azərbaycanlıların həmkarlar təşkilatını yaratmaq istəyirik ki, onlar birləşib öz hüquqlarını qoruya bilsinlər. Artıq qarşı tərəfin iştirakı ilə imzalama mərasimi keçirilib. Qərar qəbul etmişik ki, kimi sədr seçəcəklərsə, həmin şəxsin əməkhaqqı bir il, il yarım Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası tərəfindən ödəniləcək. Diaspor təşkilatı ilə söhbətlər aparmışıq, onlar da bizim toplantıda iştirak ediblər. Hələlik nəticə əldə edə bilməmişik. Sankt-Peterburq Vilayət Həmkarları İttifaqının sədri söz verib ki, təşkilatı pulsuz ofislə təmin edəcək”. S. Mehbalıyev əlavə edib ki, Rusiyada yaşayan azərbaycanlılar öz təşkilatlarını yaradandan və qeydiyyatdan keçəndən sonra seçki hüququna malik olacaqlar: “Məsələn, bələdiyyə seçkilərində iştirak edib öz namizədlərini də irəli sürə biləcəklər. Təəssüf ki, hələlik bu işləri başa çatdırmağa nail ola bilməmişik. Səbəb bizim orda yaşayan soydaşlarımızın bir yerə toplaşa bilməməsidir. Biz bunu güclə həll edə bilmərik. Bu təşkilat yaranarsa, vətəndaşlarımızın iş hüquqlarını, əmək təhlükəsizliyi hüquqlarını qoruya biləcək”.
Qorqud




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq
17.09.2018
“Dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info