Şərurda “Xanlıqlar” elektrik yarımstansiyası istifadəyə verilib
Tarix: 22.10.2013 | Saat: 00:56:00 | E-mail | Çapa göndər


Yarımstansiya 21 min 358 nəfərin yaşadığı 15 kəndi elektrik enerjisi ilə tam təmin edəcək
Dayanıqlı elektrik enerjisi ilə təchizat iqtisadi inkişafın başlıca şərtidir. Bu mənada Naxçıvan Muxtar Respublikasının bütün yaşayış məntəqələrində abonentlərin keyfiyyətli elektrik enerjisi ilə təminatı diqqət mərkəzində saxlanılır, elektrik enerjisi təsərrüfatı yenilənir, müasir elektrik yarımstansiyaları qurulur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən bildiriblər ki, oktyabrın 21-də Şərur rayonunda 35/10 kilovoltluq “Xanlıqlar” elektrik yarımstansiyası istifadəyə verilib. Stansiyanın açılış mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov iştirak edib. Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyinin baş direktoru Yasin Səfərov demişdir ki, muxtar respublikada elektrik enerjisi təsərrüfatının yenidən qurulması diqqət mərkəzində saxlanılır. Bu sahədə həyata keçirilən tədbirlər çərçivəsində mövcud elektrik yarımstansiyalarının yenidən qurulması mühüm əhəmiyyət daşıyır. “Xanlıqlar” elektrik yarımstansiyası da istifadəçilərin keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təminatına imkan verəcək. Yasin Səfərov göstərilən qayğıya görə energetiklər adından minnətdarlığını bildirib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov “Xanlıqlar” elektrik yarımstansiyasının istifadəyə verilməsini muxtar respublikanın energetika təsərrüfatının müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərin davamı olduğunu bildirərək deyib: “Elektrik enerjisi müasir həyatın qarşıya qoyduğu tələblərin yerinə yetirilməsində mühüm əhəmiyyət daşıyır. Ona görə də muxtar respublikada istifadəçilərin keyfiyyətli elektrik enerjisi ilə təmin olunması, yarımstansiyaların, elektrik ötürücü xətlərinin müasir tələblər səviyyəsində qurulması istiqamətində ardıcıl tədbirlər görülür. Elektrik enerjisinin keyfiyyətli ötürülməsi itkinin qarşısının alınmasına və istifadəçilərin dayanıqlı enerji təminatına imkan verir. Bu gün “Xanlıqlar” elektrik yarımstansiyasının yenidən qurulması da dayanıqlı və keyfiyyətli enerji təminatında mühüm rol oynayacaq. Yarımstansiya Şərur rayonunda 21 min 358 nəfərin yaşadığı 15 kəndi elektrik enerjisi ilə tam təmin edəcək”.
Ali Məclisin sədri yarımstansiyanın qurulmasında əməyi olanlara təşəkkürünü bildirib, istifadəçiləri və kollektivi təbrik edib. Sonra yarımstansiyaya baxış olub. Bildirilib ki, yarımstansiyada 4000 kilovoltamper gücündə transformator, eleqaz açarları olan 35 kilovoltluq 1 hücrə və 10 kilovoltluq 10 hücrə quraşdırılmış, ərazidə idarəetmə mərkəzi üçün bina tikilib. Burada energetiklərin fəaliyyəti üçün hər cür şərait yaradılmışdır. Yarımstansiyada elektrik enerjisi itkisinin azaldılmasına imkan verən statik kondensator batareyaları qoyulub. Yaradılan şərait rayonun elektrik şəbəkəsinin güc qəbul etmə və paylama qabiliyyətini də xeyli artırıb. Yarımstansiyanın avtomatlaşdırılmış idarəetmə sistemi vasitəsilə qəza hallarını müşahidə etmək, onun harada baş verdiyini müəyyənləşdirmək və tezliklə aradan qaldırılmasına nail olmaq mümkündür. Bu da, ilk növbədə şəbəkədən açılmaların və digər problemlərin qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır. Ali Məclisin sədri elektrik enerjisinə qənaət edilməsi və israfçılığın qarşısının alınması barədə tapşırıqlar verib.




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Uşağın doğulmasına görə birdəfəlik müavinətin təyinatı avtomatlaşdırılacaq
23.01.2019
Gəncləri işə götürən sahibkarlara güzəştlər tətbiq ediləcək
23.01.2019
2019-cu il üçün əlillərlə bağlı proqram təsdiq edilib
23.01.2019
Naxçıvanda ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı təsdiqlənib
23.01.2019
AtaBank-ın əmək haqqı kart sahiblərinə şad xəbər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10566

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 “Yenisafak.com”: “Star” NEZ “Ən yaxşı maliyyə layihəsi idarəçiliyi” mükafatına layiq görülüb”
4 Əli Abdalov Mehman Hüseynovla barışıb
5 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info