Rumıniyada Azərbaycan Araşdırmalar Mərkəzi açıldı
Tarix: 22.10.2013 | Saat: 14:11:00 | E-mail | Çapa göndər


Heydər Əliyev Fondunun dəstəyi ilə Rumıniyanın Buxarest şəhərində fəaliyyət göstərən Rumıniya-Amerika Universitetinin nəzdində Azərbaycan Araşdırmalar Mərkəzi açılıb.
“Palitra”nın məlumatına görə, bu barədə Heydər Əliyev Fondunun saytında bildirilib.
Açılış mərasimində universitetin rektoru, müəllimlər, tələbələr, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin, Azərbaycan-Rumıniya Mədəniyyət və Gənclər Assosiasiyasının, Rumıniya-Azərbaycan Sənaye və Ticarət Palatasının üzvləri, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Rumıniya nümayəndəliyinin əməkdaşları, Rumıniyada yaşayan və təhsil alan azərbaycanlılar, türk-tatar icmasının təmsilçiləri, diplomatik korpusun və KİV-in nümayəndələri iştirak ediblər.
Tədbir Universitet Senatının otağında Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyi ilə Rumıniya-Amerika Universiteti arasında əməkdaşlıq sazişinin imzalanması ilə başlayıb. Sonra tədbirin iştirakçıları Azərbaycan Araşdırmalar Mərkəzinin yerləşdiyi "Bakı" otağının açılışında iştirak ediblər.
Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin direktoru İqbal Hacıyev tədbir iştirakçılarına mərkəzin fəaliyyət istiqamətləri barədə məlumat verib. Onun sözlərinə görə, mərkəzdə Azərbaycan dili tədris olunacaq, Azərbaycan ədəbiyyatı, mədəniyyəti, tarixi təbliğ ediləcək, ölkədə gedən inkişaf prosesləri barədə rumın tələbələrə məlumat veriləcək.
Rumıniya-Amerika Universitetinin rektoru Ovidiu Folcut Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya Rumıniya-Amerika Universitetinə verdiyi böyük önəm üçün təşəkkür edib, Fondun Rumıniyadakı nümayəndəliyinin fəaliyyətini yüksək qiymətləndirib. Rektor yeni imzalanmış sazişin və yeni yaradılmış Azərbaycan Araşdırmalar Mərkəzinin iki xalq arasında olan dostluq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edəcəyini vurğulayıb.
Tədbirin sonunda Azərbaycanın inkişafını əks etdirən "Azərbaycanın inkişafı: Neftdən sənayeyə doğru" filmi nümayiş olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.08.2019
500 nəfər əlilliyi olan şəxsə kiçik biznesini qurmaq imkanı yaradılır
21.08.2019
Bakıda yeni liftlərin quraşdırılması davam edir
20.08.2019
Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
20.08.2019
Azərbaycanın avtomobil bazarında qiymətlər necə dəyişəcək?
20.08.2019
Daha 185 şəhid vərəsəsinə birdəfəlik ödəmə verilməsinə dair qərar qəbul olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10868

1 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
2 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
3 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
4 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info