Rəsul Quliyev: “İndiki müxalifət liderlərinin heç bir perspektivi yoxdur”
Tarix: 22.10.2013 | Saat: 15:43:00 | E-mail | Çapa göndər


“Heç bir partiya yaratmaq fikrində deyiləm”. Bunu son zamanlar “milli şura” və ümumilikdə radikal müxalifəti hədəfə alıb, haqlı tənqidlər yağdıran eks-spiker Rəsul Quliyev deyib. O sosial şəbəkələrdə yaydığı fikirlərində siyasi fəaliyyətini dayandırması haqqında müxalifətçilər tərəfindən verilən “məsləhətlərə” də münasibət açıqlayıb. Milli Məclisin keçmiş sədri bildirib ki, siyasi fəaliyyətini əsla dayandırmayacaq.
Rəsul Quliyev həmişəki kimi müxalifət düşərgəsini ittiham edib: “Sadəcə olaraq heç bir perspektivi olmayan, zorla siyasətdə ilişib qalmaq istəyən 20 illik liderlərlə hər hansı iş birliyi qurmaq fikrim yoxdur. Bu adamlar iki il idi ki, İctimai Palatanın adından danışırdılar, indi də “milli şura” adından çıxışlar edirlər. Vaxtilə İctimai Palata deyiləndə AXCP və Müsavat nəzərdə tutulurdu. İndi həmin partiyalar “milli şura” adından qərar verirlər. İş o yerə gəlib çatıb ki, Müsavatın bəzi dəyərsiz funksionerləri iclassız, qərarsız kimlərisə “milli şura”dan çıxaracağını deyirlər”.
Bu sözləri ilə R.Quliyev Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının bostanına daş atıb. Belə ki, A. Hacılı mediaya açıqlamasında “Son illər Rəsul Quliyevin açıqlamaları, bundan başqa onun ölkənin ictimai-siyasi mühitinə təsir etmək imkanının olmaması mənə əsas verir ki, bu barədə o qədər də çox danışmayam”, – deyib.
“Özlərini seçki vaxtı yaxşı aparmayıblar, ona görə də “milli şura”dan getməlidirlər. Nə qədər ki, bu “cırtdanlar özlərini div sayacaqlar, Azərbaycanın vəziyyəti bir o qədər fəna olacaq. Müəyyən yazılara rast gəlirəm. Ümumiyyətlə, kiminsə hər hansı fikrinə münasibət bildirmək üçün ilk növbədə onun kim olduğu və indiyə qədər hansı həyat yolu keçdiyini bilməliyəm. 50 yaşa çatan və bir gün belə faydalı heç bir işlə məşğul olmayan bir şəxsin fikrinə münasibət bildirməyi isə düzgün hesab etmirəm”, – deyə eks-spiker Arif Hacılını nəzərdə tutaraq bildirib.
Qeyd edək ki, R. Quliyevin Açıq Cəmiyyət Partiyası liderliyindən istefa verməsini onun siyasətdən çəkilməsi kimi dəyərləndirənlər vardı. “El” Hərəkatı Ali Məclisinin sədri, “milli şura” üzvü Eldəniz Quliyev isə R. Quliyevin qurumdan istefasını onun yeni partiya yaratmaq cəhdi ilə əlaqələndirib.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
XİN yayılan məlumatı araşdırır
24.09.2018
Azərbaycan ilə Monteneqro arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
24.09.2018
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib
24.09.2018
“Milliyet.com.tr”: “Müdafiə sənayesi gücünü Azərbaycanda göstərəcək”
24.09.2018
Monqolustan Prezidenti Azərbaycana işgüzar səfərə gəlib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info