Lidiya Yermoşina: “ATƏT nümayəndələrinin eyni seçkiyə müxtəlif qiymət verməsi təşkilatın nüfuzuna zərbədir”
Tarix: 22.10.2013 | Saat: 16:26:00 | E-mail | Çapa göndər


“ATƏT-in nümayəndə heyətlərinin eyni seçkilərə müxtəlif qiymətlər verməsi təşkilatın nüfuzuna ağır zərbə vurur”. Bu fikri Belarus radiosunun Birinci milli kanalının “Aktual mikrofon” proqramının efirində Belarus Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Lidiya Yermoşina səsləndirib. Belarus MSK-nın sədri oktyabrın 9-da Azərbaycanda keçirilən prezidenti seçkilərini misal göstərib. Müxtəlif nümayəndə heyətlərinin tərkibində ATƏT-dən seçki kampaniyasının beynəlxalq müşahidəsində Parlament Assambleyasının və Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun nümayəndələri iştirak ediblər.
Belarus MSK-nın sədri deyib: “Onlar Azərbaycanda prezident seçkilərinə iki müxtəlif qiymət veriblər. Bu, göstərir ki, obyektivlik yoxdur, hər bir missiyanın öz vəzifəsi və məqsədi var. Eyni bir təşkilat çərçivəsində razılaşmanın olmaması çox şeydən xəbər verir. Bu, müşahidə missiyalarının nüfuzuna böyük zərbədir. Bir qədər əvvəl onlar vahid cəbhədən çıxış edərək belə bir fikir söyləmişdilər: “Biz çoxuq, bizim vahid mövqeyimiz var”. Məlum olduğu kimi, Belarus Mərkəzi Seçki Komissiyasının başçısı Azərbaycanda seçkiləri müşahidə edib və seçkilərə müsbət qiymət verib.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“ADEX-2018” Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir
25.09.2018
Nəsimi rayonunda yeni park istifadəyə verilib
25.09.2018
Yaponiya Zaqatala və Qax rayonlarına təcili tibbi yardım maşınları verib
25.09.2018
“Loqos” psixoloji maarifləndirilmə sahəsində yeni bir fəaliyyətə imza atıb
25.09.2018
Azərbaycana, o cümlədən Naxçıvana gələn turistlərin sayını artırmaq üçün geniş imkanlar var

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info