Jirinovski: “Rusiyada Azərbaycana qarşı kampaniya aparılmır”
Tarix: 22.10.2013 | Saat: 17:18:00 | E-mail | Çapa göndər


“Amma ruslarda qafqazlılara qarşı mənfi münasibət var”

Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski rusların qafqazlılara qarşı mənfi davranışlarına münasibətini bildirib. O qeyd edib ki, Rusiyada Azərbaycana qarşı kampaniya aparılmır, amma ümumilikdə ruslarda qafqazlılara qarşı mənfi münasibət var. Onun sözlərinə görə, ruslar üçün miqrantın hardan olmasının fərqi yoxdur: “Ruslar kimin dağıstanlı, kimin azərbaycanlı olduğunu yaxşı ayrıd edə bilmirlər. Onlar hətta kimin çeçen və ya Orta Asiyadan gəlmə olduğunu da ayıra bilmirlər. Onlar üçün bu miqrantların hamısı birdir – gəlmə miqrantlar. Ruslar onları bu cür də qəbul edirlər – cənublular, gəlmələr, miqrantlar. Onların hamısı qafqazlı adlandırılır. Rusların hansısa bir millətə qarşı nifrəti yoxdur. Məsələn, burada Azərbaycan restoranları şəbəkəsi var – “Şeş-beş” adlanır. Bu restoranlarda bütün ofisiantlar ruslardır, amma mətbəx Azərbaycana məxsusdur. Onlar çox dadlı yemək hazırlayırlar. Eləcə də azərbaycanlılar üçün burada hansısa müəssisədə işləmək üçün maneə, əngəl yoxdur. Problem yerlərdədir – həmin yerlərdə təhsilsiz insanlar çalışırlar. Məsələn, meyvə-tərəvəz bazarlarında. Oralarda bir neçə min adam yığışıb. Onların ailələri yoxdur. Onlar narazıdırlar. Buna görə də yerli əhali ilə konfliktlər baş verir”.

İlkin




 
Bölməyə aid digər xəbərlər
19.08.2019
Keşiş Vartanın uydurduğu “Erməni Naxçıvanı“ mifini tarmar edən əsər
17.08.2019
Soçi aeroportunda işdən çıxarılan ermənilər millətlərarası ədavəti qızışdırırlar
16.08.2019
“Erməni xalqı inqilab əvəzinə mənasız hakimiyyət dəyişikliyi əldə edib”
16.08.2019
Ermənilər ölkədə doğum nisbətini artırmaq üçün baş sındırırlar
15.08.2019
Ermənistanda növbəti izdihamlı etiraz aksiyası keçirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10860

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info