“Dünyamızı qoruyaq: Türk dünyasının adət - ənənələri“
Tarix: 26.06.2020 | Saat: 18:30:00 | E-mail | Çapa göndər



Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun "Dünyamızı qoruyaq: Türk dünyasının adət - ənənələri" müsabiqəsinə balaca dostların göndərdiyi rəsmlərin əsasında xüsusi yaradılmış onlayn qalereyası açıq elan edilib.


Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun "Dünyamızı qoruyaq: Türk dünyasının adət - ənənələri" müsabiqəsinə balaca dostların göndərdiyi rəsmlərin əsasında xüsusi yaradılmış onlayn qalereyası açıq elan edilib.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva deyib:

"Bu layihənin ideyası dünyamızın gözlənilmədən ciddi və təhlükəli vəziyyətlə üzləşdiyi vaxtda, insan həyatına təhdid edilən bir zamanda yarandı.
Müsabiqənin məqsədi yaşadığımız çətin günlərdə mədəniyyət və incəsənətin, bilik əldə etməyin həyatımızda nə qədər mühüm amil olduğunu göstərməkdir.
Mən çox şadam ki, yaranmış vəziyyətə baxmayaraq, uşaqlarımız boş vaxtlarını düzgün təşkil edə bildilər və türk dünyası irsinin çoxyönlü olduğunu əks etdirən şəkilləri müsabiqəyə göndərdilər.
Fonda üzv və müşahidəçi ölkələrdən, o cümlədən Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Macarıstanla yanaşı Türkmənistan, Bolqarıstan və Ukraynadan 600 – dən çox məktəbli bu yarışmaya qoşulmuşdur. Onlar öz rəngarəng əsərlərində türk dünyası mədəniyyətinin geniş miqyasını göstərməyi bacardılar.
Rəsmlər türk xalqlarının zəngin mənəvi dünyasını: ayinləri, mərasimləri, adət-ənənələri, oyunlarımızı, musiqimizi nümayiş etdirir. Şəkillərdə qədim türk dastanlarından parçalar, folklorumuzun ölməz qəhrəmanları da əks olunmuşdur.
Eyni zamanda fərəhli cəhətdir ki, uşaqlar ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin əhəmiyyətini anlayaraq, öz işlərində bunu ifadə etməyə çalışmışlar.
Bu layihə həmçinin uşaqlarımızın böyük yaradıcılıq potensialını göstərdi. Mən inanıram ki, müsabiqədə iştirak edən hər bir uşaq gələcəkdə bu potensialı tam şəkildə həyata keçirə biləcək və cəmiyyətdə öz layiqli yerini tutacaqdır.
Əziz uşaqlar, gəlin dünyamızı öz bacarığımızla, savadımızla və köklərimizə, tariximizə, mədəniyyətimizə, irsimizə sədaqətimizlə qoruyaq!
Qarşıda sizi böyük və maraqlı bir həyat gözləyir. Sizə can sağlığı və xoşbəxtlik diləyirəm!




 
Bölməyə aid digər xəbərlər
14.08.2020
Kitabxana nəğməkar şair Nüsrət Kəsəmənli haqqında videoçarx hazırlayıb
13.08.2020
Azərbaycan telekanallarında əcnəbi serialların yayımı bərpa olunub
12.08.2020
“İtirdiyim xoşbəxtlik” əsəri özbək dilində nəşr olunub
12.08.2020
Qardaşlıq münasibətlərini qoruyan mədəniyyət
12.08.2020
İsmayıllıda tarixi abidə və sənət nümunələri tapılıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11586

1 Sabahdan Rusiyadan Türkiyənin turizm mərkəzlərinə aviareyslər başlayır
2 Almaniyada həşəratların qorunması haqqında qanun layihəsi
3 Toyuqlu arpa əriştəli plov -VİDEO
4 Hikmət Hacıyev: “Qanunsuz rejimi “azad ölkə” kimi tanıyan Ermənistanın yeni Milli Təhlükəsizlik Strategiyası danışıqlara vurulmuş ağır zərbədir”
5 Malayziya turistlər üçün sərhədi müəyyən istiqamətlər üzrə açacaq


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info