Lalə Şövkət “milli şura”dan istefa verib
Tarix: 22.10.2013 | Saat: 18:20:00 | E-mail | Çapa göndər


Azərbaycanda prezident seçkiləri ərəfəsində yaradılmış “milli şura” adlı qondarma qurumda müxalifət liderlərinin zorla və ya hansısa maraqlar müqabilində toplaşdığını dəfələrlə yazmışıq. Bu, zaman-zaman elə sözügedən liderlərin anormal davranışları, ittihamları və açıqlamları ilə özünü göstərmiş oldu. Təsadüfi deyil ki, seçkidən öncə Azərbaycan Liberal Partiyasının (ALP) lideri Lalə Şövkət tərəfdaşlarını kəskin tənqid edərək nəinki “milli şura” haqqında ağır ittihamlar irəli sürdü, hətta mərhum Prezident Heydər Əliyevi tərəfdaşlarına nümunə kimi göstərərək onunla bir yerdə işləməyindən də fəxr etdiyini gizlətmədi. Elə buna görə idi ki, vəziyyətin onların əleyhinə olduğunu anlayan “milli şura” liderləri Cəmil Həsənlini Lalə Şövkətin hüzuruna göndərərək ondan bu cür açıqlamalar verməməyi xahiş etdilər. Bu günlərdə isə həmin proseslərdən sonra susan Lalə Şövkət haqqında ilginc məlumatlar yayılmağa başladı.
Lalə Şövkətin “milli şura”dan istefa verdiyini deyən Azərbaycan Liberal Partiyasının (ALP) sədri, “milli şura”nın üzvü Əvəz Temirxan bunu sirr kimi saxlamalarına da aydınlıq gətirib. Sosial şəbəkələrdə bununla bağlı yayılan məlumatda o da qeyd olunur ki, məlum olay bəzi səbəblərə görə gizlin saxlanılıbmış.
Onun sözlərinə görə, ALP lideri Lalə Şövkət hələ prezident seçkilərindən əvvəl “milli şura”dan istefa verib və bu çox az adama bəlli imiş: “Milli şura”nın prezidentliyə namizədi Cəmil Həsənlinin namizədliyi irəli sürüləndən sonra Lalə Şövkət “milli şura”dan istefa verdi. Lakin seçkiqabağı kampaniya olduğundan, Cəmil Həsənlinin kampaniyasına zərər vurmamaq üçün Lalə Şövkətin istefa məsələsini qabartmadıq”.
Ə.Temirxan L.Şövkətin “milli şura”nı tərk etməsi, yaranan narazılığın səbəbləri barədə isə danışmaq istəməyib. Əslində isə Lalə Şövkətin bu addımının hansı səbəbdən atıldığı hər kəsə bəllidir. Müxalifət liderlərinin didişmələri, sözügedən qurumun anormal siyasət yürütməsi və seçkilərlə bağlı uğursuz start ALP liderini belə qərar verməyə sövq edə bilərdi.

Tural




 
Bölməyə aid digər xəbərlər
17.06.2019
XİN: Ermənistan rəhbərliyinin məntiqini anlamaq çətindir
16.06.2019
Azərbaycan və Rusiya arasında sərhədyanı işgüzar əməkdaşlığın inkişafına dair dəyirmi masa keçirilib
16.06.2019
Erməni əsilli Fransa politoloqundan etiraf: “Azərbaycanın bu istiqamətdə apardığı iş az rol oynamadı”
16.06.2019
Mariya Zaxarova: Mən Bakını çox sevirəm
15.06.2019
Litvada “Qara bağın faciəsi” kitabının imza mərasimi olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
2 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
3 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
4 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib
5 Çilidə güclü zəlzələ olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info