Riçard Kirakosyan: “Rusiya üçün Ermənistan “peşka” idi və qurban verildi”
Tarix: 22.10.2013 | Saat: 18:50:00 | E-mail | Çapa göndər


Ermənistanın kölə kimi Gömrük İttifaqının boyunduruğuna girməyə qol qoyması Ermənistandakı müvafiq sahə ekspertlərini hiddətləndirib.
“Ermənistan gərək Gömrük İttifaqında müşahidəçi statusunda olmaq üçün müraciət edəydi. Ukrayna bu məsələ ilə bağlı Rusiya ilə danışıqlara getdi, amma Ukraynadan fərqli olaraq Ermənistan dərhal təslim oldu”.
“Armenia Today” yazır ki, bu barədə mətbuat konfransında Regional Araşdırmalar Mərkəzinin rəhbəri Riçard Kirakosyan bildirib. Ekspert qeyd edib ki, Ermənistanla Ukrayna arasında iki fərq var: “Birincisi, daha ağıllı ukraynalı oliqarxlar assosiativ razılaşmanı dəstəkləyirlər. Amma daha az ağlı olan erməni oliqarxlar Gömrük İttifaqının xeyrinə çıxış edirlər”. İkincisi isə Kirakosyana görə, Ukraynanın strategiyası daha ağıllıdır: “Ukrayna Rusiya ilə danışıqlarda olarkən, Ermənistan dərhal təslim oldu”. Erməni ekspert daha sonra bildirib: “Daha ağıllı olardı ki, 3 sentyabrdakı görüşdə Ermənistan prezidenti Serj Sərkisyan Rusiyaya danışıqlar aparmağı və Ermənistanın Gömrük İttifaqında müşahidəçi statusunda olmasını təklif edəydi. Belə bir halda, Ermənistan Avropa Birliyinə qapıları bağlamayacaqdı”. Bununla bərabər, erməni ekspert qeyd edib ki, Moskvada Rusiya prezidenti ilə görüş ona görə təşkil edilməmişdi ki, Ermənistan Gömrük İttifaqına “hə” desin, ona görə təşkil edilmişdi ki, Ermənistan Avropa Birliyinə “yox” desin: “Serj Sərkisyan şahmat oyunçusudur. Əgər şahmat dilində danışsan, onda Rusiya üçün Ermənistan bu oyunda şahmat lövhəsində “peşka” idi və qurban verildi. Təəssüf ki, bu kontekstdə Ermənistan hələ də “peşka” olaraq qalır”. Erməni ekspert əlavə edib ki, Ermənistanın Gömrük İttifaqına qoşulması qərarına reaksiya Rusiyaya zərər verib. Digər tərəfdən bu, Ukrayna, Moldova və Gürcüstanın Assosiativ razılaşmanın paraflanması niyyətini möhkəmlədib, həm də bu, Avropa Birliyi üçün Ukraynanın böyük strateji önəm daşımasını təmin edib. Bununla bağlı olaraq Kirakosyan hesab edir ki, Vilnüsdə Şərq tərəfdaşlığı üzrə qarşıdakı sammitdə Ukrayna Avropa Birliyi ilə Assosiativ razılaşma paraflayır: “Əgər bunu Avropa ölkələri arzulamasa belə, Avropa Birliyi artıq bu təklifi edib”.
Ermənistana gəldikdə isə, Kirakosyan qeyd edib ki, hazırda Ermənistanla Avropa Birliyi arasında yeni hüquqi çərçivələr işlənir: “Bu, bizim dəstəklədiyimiz və üstündə işlədiyimiz çərçivələrdir. Amma bunun Vilnüsdə keçiriləcək sammitlə heç bir bağlılığı yoxdur”. Ekspertin fikrincə, Vilnüsdəki sammitdə Ermənistanın islahatlara sadiqliyini əks etdirən bir səhifəlik və ya səhifə yarımlıq sənəd imzalanacaq.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb
24.09.2018
Aşot Qriqoryan: “Bu gün Ermənistanın yürütdüyü siyasət acınacaqlı vəziyyətdədir”
24.09.2018
Minsk şəhərində “Bakı Bulvarı”
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info