Cəmil Həsənli yaddaşını itirib
Tarix: 22.10.2013 | Saat: 18:59:00 | E-mail | Çapa göndər


Cəmil Həsənli artıq davranışları ilə yanaşı, danışığını da itirib. Tarix müəllimi o qədər hisslərə qapılıb ki, özünü ən güclü siyasətçi sayaraq, sayıqlamaqda davam edir və verdiyi hər siyasi bəyanatlar elə öz əleyhinə işləyir. “Milli şura”nın namizədi olmuş Cəmil Həsənli mətbuat konfransı keçirərək bildirib: “Hakimiyyət andiçməni təmtəraqlı keçirmək niyyətində olub. Lakin son anda anlayıblar ki, demokratik ölkələr andiçmə mərasiminə nümayəndə göndərmək niyyətində deyillər. Xatırladım ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, ABŞ, Böyük Britaniya və digər nüfuzlu demokratik dövlətlər seçkinin nəticələrini tanımayıb”. Əsl sayıqlamadır. Bəlkə də heç özü də dediklərinə inanmır.
Gedib Avropada ermənilərdən təsəlli, ürək-dirək alıb, indi də “asıb-kəsməkdə” davam edir. Ona deyiblər ki, hakimiyyətə qarşı sərt çıxışlarını davam elə, mitinqlər keçirt, boş dayanma. Yoxsa “milli şura” dağılacaq. Bu da sifarişi yerinə yetirir. İnauqurasiyaya gəlmək istəyənlərin sayı kifayət qədər olub. Sadəcə bu bir şou, maskarad deyil. Bu, ölkənin daxili işidir, dar çərçivədə və təvazökar bir şəraitdə keçirilib. Görəsən Cəmil Həsənli ABŞ-ın səfiri Morninqstarın son bəyanatını oxuyubmu? O, deyib ki, ABŞ Azərbaycan hakimiyyəti ilə əməkdaşlığını davam etdirməkdə maraqlıdır. Bu o deməkdir ki, Cəmil Həsənli və onun ətrafına toplanan dəstə sadəcə kukladırlar. Onlardan istifadə olundu, indi arxivə atılacaqlar və bir də 5 ildən sonra oradan çıxarılacaqlar. Ona görə də atılmağa məhkum olunmuş bu siyasətçilərdən bundan da anormal bəyanatlar gəlsə təəccüblənməyin.
Görəsən C.Həsənli “digər nüfuzlu demokratik dövlətlər” deyəndə kimi nəzərdə tutur. ABŞ Dövlət Departamenti bəyanat verib, sonra da bu ölkənin səfiri prinsipial əməkdaşlıq mesajı verib. Britaniyanın da yalnız səfiri öz mülahizələrini ortaya qoyub. Rəsmi London seçkiyə heç bir münasibət bildirməyib. Daha kim? Heç kim Cəmil Həsənli?
Cəmil Həsənlinin sayıqlamaları bununla da bitməyib. O, bildirib: “Seçkidə 20 faiz seçici iştirak edib. MSK-nın elan etdiyi 72 faiz yalnız karusel və saxtakarlıq nəticəsində alınan rəqəmdir”.
Ayıbdır, ay müəllim, heç olmasa dəqiqə-başı istinad etdiyin Tana-de-Zuluetanın “hesabatına” hörmətlə yanaş. Axı orada yüksək seçici aktivliyi ifadəsi qeyd olunub, 70-72% rəqəm göstərilib.
C.Həsənli həmçinin son mitinqdə demişdi ki, yüksək seçici aktivliyi “milli şura”nın seçkilərdə iştirakı ilə bağlı olub. Heç olmasa bir müddət əvvəl, qondarma da olsa, özünün dediyin fikrə hörmətlə yanaş.
Cəmil Həsənli xəstə təxəyyüllü iddiaları ilə də diqqət çəkir. O, iddia edib ki, artıq hakimiyyətə müsbət münasibət bəsləyən AŞPA üzvlərinə qarşı Avropada araşdırmalara başlanıb: “Artıq onlardan birinin, Barnet adlı Almaniyadan olan deputatın ofisinin qarşısında aksiya keçirilib ".
Gör bunlar nə yazıq, miskin gündədirlər ki, artıq boğulmamaq üçün saman çöpü axtarırlar. C.Həsənliyə Doris Barnetin son bəyanatını xatırladırıq: “Faktların saxtlaşdırılmasına, mənim dediklərimin tam əksinin utanmadan mənim adıma yazılmasına görə söz tapa bilmirəm. Mən nümayişçilərin Maynts şəhərindən gəlmiş sözçüsünə də bu haqda yazacağam”. Barnetin bu açıqlamasından sonra utanmadan yenə də onun adından Cəmil Həsənlinin danışmasına biz də söz tapa bilmədik.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir
18.09.2018
Prezident: Bir neçə gün əvvəl əsgərlərimiz düşmənə elə dərs veriblər ki, çətin ki yaxın günlərdə özünə gəlsin
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
18.09.2018
Ağsuda dini ayinlərin qanunazidd icrası faktı aşkarlanıb
18.09.2018
Aeroportda mülki pilotsuz aparatların uçuşlarına Vahid Nəzarət Mərkəzi yaradılır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info