Litvanın Birştonas şəhərində tar, kamança, qaval büstü qoyulacaq
Tarix: 28.06.2020 | Saat: 13:21:00 | E-mail | Çapa göndər


Aypara Muğam Qrupu aktiv fəaliyyətini davam etdirir. Qeyd edək ki, 2017- 2018- 2019-cu illərdə Aypara Muğam Qrupu Litva Respublikasının Vilnus, Klaipeda, Palanga, Kaunas, Birştonas, Trakay, Neringa şəhərlərində bir çox mötəbər tədbirlərdə və bir çox Beynəlxalq Festivallarda iştirak etmişlər.
Aypara muğam qrupu Xanəndə Gülzar Fərəcova, tarda Ədalət Behbudov, kamançada Pərviz Fərhadov Litva Respublikasında UNESCO-nun keçirtdiyi LAUKS-NOS və Skamba Skamba Kankliai Beynəlxalq Festivallarında, Litva Respublikasının Cumhuriyyətinin 100-illiyində, Kaunas şəhərində Beynəlxalq Kurort Festivalında iştirak ediblər. Məlumat üçün deyək ki, Azərbaycan Respublikasının Litva Respublikasındakı səfirliyi tərəfindən 28 May- Respublika Günü, eləcə də Azərbaycan Diplomatik Xidmət Orqanlarının 100 illiyi mününasibətilə Vilnusda təşkil edilmiş rəsmi qəbul zamanı qonaqlara Aypara Muğam Qrupunun ifasında kiçik konsert təşkil olunmuşdur. Aypara qrupu, həmçinin cari ilin 7- iyun tarixində Vilnusun ən populyar turistik məkanı hesab edilən Ujupios səmtində Ujupios Respublikasının Konsitutsiyasının Azərbaycan dilinə tərcüməsi və bununla bağlı lövhənin açılış mərasimində çoxsaylı sakinlər və qonaqlar qarşısında açıq havada konsert proqramı ilə çıxış etmişdir. Bundan əlavə 8-9 iyun tarixlərində sözügedən qrup Ağstafa şəhəri ilə qardaşlaşmış-Litvanın turizm-kurort şəhəri Birştonasa səfər edərək şəhər günü festivalında iki günlük geniş konsert proqramı təqdim etmişdir. Muğam Qrupu hər çıxışlarında litvalılarla öz dilərində danışaraq, milli musiqi alətlərimiz olan tar – kamançada Litva Respublikasının Musiqi Nümunələrindən və Litva dövlət himnini tar-kamançada ifa edərək onların sevgi və rəğbətini qazanmışdır. Eləcədə onların çıxışına görə mənfur düşmənlərimiz ermənilərin çox olduğu bir şəhərdə Azərbaycan bayrağı bir ay boyunca Litvanın Birştonas şəhərində gecə-gündüz dalğalanmağı onlara qürur hissi vermişdir. Litvalılara özlərini sevdirən muğam qrupumuzun Azərbaycan musiqisinin xaricdə mükəmməl şəkildə təbliğatı və siyasəti nəticəsində Litvadan Azərbaycan Respublikasına Litvanın Birştonas Şəhər parklarının birində tar, kamança və qaval büstü qoyulması barədə təklif verilib. Aypara Muğam Qrupunun Litva dilində çıxışları, Azərbaycan Milli Musiqi Alətləri tar-kamançada Litva musiqilərindən nümunələrin, həmçinin Litva dövlət himninin səsləndirilməsi hər zaman xüsusi hörmət və alqışlarla qarşılanmışdır. Musiqiçilərimizin bu cür uğurlu ifalarından sonra yerli sakinlərin milli musiqi alətlərimizə olan marağını nəzərə alaraq, Birştonas şəhər meriyası şəhərin əsas parklarından birində Azərbaycan Milli Musiqi Alətlərindən ibarət guşənin yaradılması təklifi ilə çıxış etmişdir. Təklif baxılması üçün Azərbaycan Respublikası Prezident Administrasiyasına təqdim olunmuşdur.
Litva Respublikasından Rəsmi Məktubda deyilir:

Məlumat üçün diqqətinizə çatdırmaq istərdikki, Azərbaycan Respublikasının Litva Respublikasındakı Səfirliyi tərəfindən 28 May- Respublika Günü, eləcədə Azərbaycan Diplomatik Xidmət Orqanlarının 100 illiyi mününasibətilə Vilnusda təşkil edilmiş rəsmi qəbul zamanı qonaqlara Aypara Muğam Qrupunun ifasında kiçik konsert təşkil olunmuşdur. Aypara qrupu, həmçinin cari ilin 7- iyun tarixində Vilnusun ən populyar turistik məkanı hesab edilən Ujupios səmtində Ujupios Respublikasının Konsitutsiyasının Azərbaycan dilinə tərcüməsi və bununla bağlı lövhənin açılış mərasimində çoxsaylı sakinlər və qonaqlar qarşısında açıq havada konsert proqramı ilə çıxış etmişdir.Bundan əlavə 8-9 iyun tarixlərində sözügedən qrup Ağstafa şəhəri ilə qardaşlaşmış-Litvanın turizm-kurort şəhəri Birştonasa səfər edərək şəhər günü festivalında iki günlük geniş konsert proqramı təqdim etmişdir.

“Aypara Muğam Qrupunun” Litva dilində çıxışları, Azərbaycan Milli Musiqi Alətləri tar-kamançada Litva musiqilərindən nümunələrin, həmçinin Litva dövlət himninin səsləndirilməsi xüsusi alqışlarla qarşılanmışdır. Musiqiçilərimizin bu uğurlu ifasından sonra yerli sakinlərin milli musiqi alətlərimizə olan marağını nəzərə alaraq,Birştonas şəhər meriyası şəhərin əsas parklarından birində Azərbaycan Milli Musiqi Alətlərindən ibarət guşənin yaradılması təklifi ilə çıxış etmişdir. Təklif baxılması üçün Azərbaycan Respublikası Prezident Administrasiyasına təqdim olunmuşdur.

Bundan əlavə AYPARA Muğam qrupunun üzvlərinin (Behbudov Ədalət tar, Fərhadov Pərviz kamança, Fərəcova Gülzar xanəndə) Azərbaycan Mədəniyyətinin Xaricdə Uğurlu Təbliğatına Görə Mədəniyyət Nazirliyi Tərəfindən Mükafatlandırılması və qiymətləndirilməsi məsələsini nəzərdən keçirməyinizi xahiş edirik.




 
Bölməyə aid digər xəbərlər
06.08.2020
Mədəniyyət Nazirliyi ictimaiyyətə müraciət ünvanlayıb
06.08.2020
“Toğrul Nərimanbəyovun rənglər dünyası” adlı videoçarx hazırlanıb
04.08.2020
Arif Məlikovun “Noktürn”ü Los-Anceles festivalında səsləndirilib
02.08.2020
Azərbaycan Kinematoqrafçılar İttifaqının illik mükafatının qalibləri elan olunub
02.08.2020
Avqustun 2-si Azərbaycanda Milli Kino Günüdür

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11585

1 Bakıda 34 dərəcə isti, rayonlarda dolu, leysan gözlənilir
2 Avqustun 2-si Azərbaycanda Milli Kino Günüdür
3 Qafqaz uzunömürlülüyünün sirri tapıldı - Kabab yeyin
4 Dünya nəhənginin yaradılması yolunda ilk addımı atmışıq, öz Henri Fordumuz, öz “Arzu-1“miz -VİDEO
5 Azərbaycan Kinematoqrafçılar İttifaqının illik mükafatının qalibləri elan olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info