“Azərbaycanın olmadığı yerdə Türkiyə, Türkiyənin də olmadığı yerdə Azərbaycan var” - bu bizlərin şüarıdır…”
Tarix: 29.06.2020 | Saat: 16:15:00 | E-mail | Çapa göndər


Müsahibimiz Iğdırda yaradılan Ata Ocağı mədəniyyət və sənət küçəsinin ideya müəllifi, Türk mədəniyyətinin yorulmaz təbliğatçısı Coşğun Oluzdur.

-Coşğun bəy, Iğdırda açdığınız mədəniyyət və sənət küçəsinin ideyası necə yarandı?
-Iğdırın Mələkli bölgəsində atamdan qalma evimiz memari baxımdan Azərbaycan Türk memarlığına uyğun olaraq Balaxanı dediyimiz bir memari özəllik daşıyırdı, Balaxanı evlərinə bu zonada tez – tez rastlamaq mümkündür. Mən də atamdan qalma bu tarixi ev ya da digər adı ilə ocak sönməsin deyə keçmişdən bu günə bir millət kimi necə var olmuşuq, hansı paltarları geyinmişik, kənd təsərrüfatında və mətbəxdə nələrdən istifadə etmişik, Iğdırın milli – mənəvi dəyərlərin təqdim olunduğu bir etnoqrafiya muzeyi halina gətirdim və adını da Ata ocağı mədəniyyət və sənət evi qoydum, bilirsiniz ata ocağı Oğuz türklərinin mədəniyyətində ayrı bir özəlliyə sahibdir. Ayrıca evin bağçasında hobbi kimi heykəllə məşğul olmaq üçün bir emalatxana tikdirdim. Bu emalatxanada Azərbaycan Türk tarixində adı keçən bir çox Türk hökmdarının büstünü və heykəllərini düzəltməyə başladım, gördüyümüz işlər qısa müddət ərzində sənətsevər insanların diqqətini çəkdi və bu yer tez – tez ziyarətçilərin axınına uğradı, yenə Ata ocağının paralelindəki küçədə təbiəti sevən dostlarla bir istirahət parkı saldıq, (Nuh’un İzinde Gezi Parkuru) İrəm bağlarına gedən bu istirahət parkı zaman keçdikcə təbiəti sevən dostlarımızın velosipedlə, atla və ayaqla gəzmələri üçün ən təbii məkanlardan birinə çevrildi. Ata ocağını tez – tez ziyarət edən təbiət və incəsənət sevərlər bu küçənin ola biləcəyini bizlərlə paylaşdılar. Biz də dərhal işə başladıq. Ata ocağının yerləşdiyi küçə sənətsevərlər tərəfindən mədəniyyət və sənət küçəsi kimi elan olundu, küçədə həyata keçirdiyimiz könüllü lahiyədə sosial mediada paylaşmağa başladıqdan sonra isə təbiətə və incəsənətə marağı olan insanların diqqətini çəkdi və onlar da könüllü olaraq gəlib bizimlə birlikdə küçənin gözəlləşməsi üçün əllərindən gələni əsirgəmədilər. Küçədə həyata keçirdiyimiz rəsm fəaliyyətlərində çalışırıq ki, Türk mədəniyyətinin izlərini daşıyan motiv ve naxışlardan istifadə edək. Diqqət etdiyimiz başqa bir məqam da küçənin təbiiliyinin əsla və əsla pozulmamasıdır. Küçənin digər bir özəlliyi də başda Təbriz, Bakı olmaqla, eyni zamanda Qara dəniz, Aralıq dəniz sahilllərindən və İç Anadolu olmaqla müxtəlif bölgələrindən olan gəlinlərin burda çox olmasıdır. Bu da o, deməkdir ki, burda artıq ayrı bir mətbəx mədəniyyəti, ayrı bir Novruz mədəniyyəti yaranıb, bu da küçəmizin zənginliklərindən birisidir.
-Cəmiyyət, insanlar bu lahiyəni necə qarşıladı?
-Küçəmizi mədəniyyət və sənət küçəsinə çevirəndən sonra bunu küçəmizdə yaşayan hər kəs qəbul etdi və küçə sakinləri ilə qərara gəldik ki, küçənin divarlarını mavi rəngə, qapı və pəncərələri isə açıq mavi rəngə boyayaq, yəni küçəmizin simvol rəngi mavi və ağ rəngləri oldu. Yenə küçə sakinləri ilə qərar gəldik ki, hər kəs evinin bağca divarını sarmaşıq güləri ilə bəzəsin. Bu da çox böyük rəğbətlə qəbul olundu. Daha sonra hamı evində nə yetişdirir və ya hazırlayırsa, məsələn qaysı suyu, keçi südü, tomat, bəkməz, əriştə, lavaş, kənd yumurtası və toyuğu kimi məhsulları köhnə taxtalara vuraraq bağçalarının divarlarına asmağa başladılar. Hazırda təbii kənd məhsullarının satıldığı bir bazara çevrilməyə başladı bu küçə. Bu cür küçələrə əsasən Ege bölgəsində rast gəlmək mümkündür, amma Türkiyənin şərqində bu küçə bir ilk kimi yarandı. həm Iğdırın mərkəzindən, həm də kənardan gələn qonaq sayısı hər gün artır, bu da məhəllə sakinlərini məmnun edir.
-Gələn qonaqların maraqlandıqları və sevdiklkəri nələr var məhəllənizdə?
- Küçəmizə gələn qonaqların ən çox maraqlandıqları Ata ocağında yerləşən Iğdır başda olmaqla Naxçıvan, Güney Azərbaycan və Anadolunun tarixini, milli – mənəvi dəyərlərini özündə ehtiva edən kitabların olduğu kitabxanadır. Bundan başqa, qonaqlarımız Ata ocağında təqdim olunan tarixi qiyafələrimizi geyinib şəkil çəkdirməyi çox sevirlər. Ayrıca, məhəllə sakinləri tərəfindən yetişdirilən təbii kənd məhsulları da qonaqlarımızın maraq dairəsindədir.
-Oxucularımıza bir az da gələcəkdəki planlarınız haqqında danışardınız zəhmət olmasa…
-Həyata keçirdiyimiz könüllü lahiyələri çox vaxt müvafiq qurumlara təqdim edirik. Məsələn Iğdırda Heydər Əliyev adına bir parkın ve büstün olmasını lahiyə kimi o dövrdəki Iğdırın bələdiyyəsinə təqdim etdim, qəbul gördü. Hazırda Iğdırda belə bir park var. Bu lahiyəni bələdiyyə sədrinə təqdim etdiyimiz zaman media bu lahiyəyə çox böyük maraq göstərmişdi. Bundan başqa Iğdırın üç ölkə ilə qonşu olduğunu nəzərə alıb Iğdır Naxçıvan Təbriz adlı bir bazar qurulmasını təklif etdik və bu bazar hazırda da fəaliyyət göstərir. Ayrıca, Mələkli qəsəbəsində Mələkli xalqı ilə birlikdə demək olar ki, oertadan qalxmaqda olan milli mədəni zənginliyimizi Novruz bayramını yenidən canlandırdıq və Mələklidə marka halına gətirdik. İnşaaallah, turizmin inkişafı ilə bağlı bir sıra lahiyələrimiz mövcuddur və əminəm ki, əlaqədar qurumlar bu lahiyələrlə maraqlanacaqlar və o zaman Iğdır turizmdə regionda marka halına gələcək.
-Sonda Azərbaycandakı oxucularımıza söyləmək istədiyiniz nələr var?
-İndiyə kimi həyata keçirdiyimiz bütün lahiyələrdə Azərbaycan mədəniyyətini hər zaman ön planda tutmuşuq, mərhum Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” kəlamı hər zaman bizim yolumuza işıq tutub, gördüyümüz bütün işlərdə Türkiyəni və Azərbaycanı bir ananın iki oğlu kimi görmüşük ve dili bir, keçmişi bir, mədəniyyəti bir, yolu bir bu ekiz ölkəni hər zaman eyni anda ayırmadan təbliğ etmişik, bundan sonra da bu cür davam edəcəyik. Dünyanın da qəbul etdiyi kimi “Azərbaycanın olmadığı yerdə Türkiyə var, Türkiyənin də olmadığı yerdə Azərbaycan var” - bu bizlərin şüarıdır.
Fuad




 
Bölməyə aid digər xəbərlər
22.07.2020
Ermənistanda ilin sonuna qədər iqtisadi tənəzzül qaçılmazdır
22.06.2020
“Keşişlər kilsəni erməni quldur dəstələrini silahlandıran cəbbəxanaya çevirmişdilər”
11.06.2020
“ Tibb sənayesinin inkişafı artıq milli təhlükəsizliyin bir atributuna çevrilməkdədir”
02.06.2020
“Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
01.06.2020
Uşaqların layiqli vətəndaş kimi formalaşması prioritet istiqamətdir Azərbaycanda uşaq hüquqlarının müdafiəsi: inkişaf və perspektivlər

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11582

1 Leyla Abdullayeva: Təcavüzkar Ermənistanın danışıqlara hər hansı qeyd-şərt qoymaq və danışıqların formatını dəyişdirmək cəhdləri qəbuledilməzdir
2 “Ən böyük istəyim xaricdə yaşayan azərbaycanlı həkimlərin birgə cəmiyyətini yaratmaqdır“
3 Azərbaycan filmi “Qızıl şir”ə iddialıdır
4 Manqal salatı-VIDEO
5 Turizm şirkətləri hələlik müştərilərinə aviabilet sata bilmirlər


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info