Azərbaycanda 7 Sloveniya şirkəti fəaliyyət göstərir
Tarix: 22.10.2013 | Saat: 22:25:00 | E-mail | Çapa göndər


Bakıda Azərbaycan-Sloveniya biznes forumu keçirilib. Forumda bank, energetika, İKT, tikinti, daşınmaz əmlak, müdafiə sənayesi, təhlükəsizlik, turizm, konsaltinq və təhsil sahələrini təmsil edən 50-dən artıq Sloveniya şirkət və təşkilatının nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) rəhbəri Rüfət Məmmədov bildirib ki, bu, iki ölkə arasında baş tutan 5-ci biznes forumdur. Onun sözlərinə görə, ötən ilin nəticələrinə görə, iki ölkə arasında ticarət dövriyyəsi 6 mln. ABŞ dolları təşkil edib: «Ticarət dövriyyəsi bu ölkələrin potensialını əks etdirmir. Əlaqələrin daha da genişləndirilməsi üçün Azərbaycan və Sloveniyanın potensialı olduqca böyükdür». R.Məmmədov bildirib ki, hazırda Azərbaycanda 7 Sloveniya şirkəti fəaliyyət göstərir: «Bu şirkətlər Azərbaycan iqtisadiyyatına yatırımlar edir. Biz Azərbaycanda daha çox Sloveniya şirkətlərini investisiya yatırmağa dəvət edirik. Çünki ölkədə sahibkarlar üçün əlverşli investisiya mühiti yaradılıb. Onlar bu şəraitdən daha əlverişli istifadə edə bilər. Bu da ölkələr arasında ticari-iqtisadi əlaqələrin genişlənməsinə gətirib çıxaracaq». Daha sonra Sloveniyanın Sahibkarlıq, İnnovasiya, İnkişaf, İnvestisiya və Turizm üzrə Dövlət Agentliyinin direktoru Boştyan Skalar Azərbaycana səfərdən məmnun olduqlarını bildirib. O vurğulayıb ki, Sloveniya iki ölkə arasında işgüzar biznes əlaqələrinin inkişafında maraqlıdır: «Xüsusən, biz yaşıl texnologiyalar, İKT, tullantıların idarə olunması, işıqlandırma, suyun idarə olunması sahəsində öz təcrübəmizi Azərbaycanla bölüşməkdə maraqlıyıq». Qeyd edək ki, tədbirdə həmçinin Azərbaycanın investisiya mühiti və biznes imkanları haqqında Azpromo-nun nümayəndəsi Ömər Əfəndiyev, Sloveniyanın biznes və investisiya mühiti haqqında Sloveniya Dövlət Agentliyinin beynəlxalq əlaqələr və birbaşa xarici investisiyalar şöbəsinin müdiri Tanya Drobniç təqdimatla çıxış ediblər. Sonda iki ölkənin iş adamları arasında görüşlər keçirilib.
İlkin




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
İnnovasiyalar Agentliyinin Nizamnaməsi və Strukturu təsdiqlənib
22.02.2019
Dövlət Gömrük Komitəsi növbəti mediatur təşkil edib
22.02.2019
Naxçıvanda yeni Günəş Elektrik Stansiyası istifadəyə verilib
22.02.2019
Azərbaycanın turizm imkanları Moskvada təqdim olunub
22.02.2019
“Xocalıya ədalət“: İsraildə soyqırımı qurbanlarının anım günü keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info