“Azərsu”nun sədri su çatışmazlığı və itkilərin səbəblərinə aydınlıq gətirib
Tarix: 01.07.2020 | Saat: 16:05:00 | E-mail | Çapa göndər



“Son onilliklərdə bir sıra su mənbələri tikililərin altında qalıb, bu göstərici 1990-cı illə müqayisədə 2,6 dəfə artıb. Bakıda əhalinin artımı, turizmin inkişaf perspektivi də su məsələsinə təsirsiz ötüşmür”.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində respublikada su təchizatı məsələsinin müzakirəsinə həsr olunmuş dinləmədə çıxış edən “Azərsu" Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Qorxmaz Hüseynov deyib.
O bildirib ki, 2013-2019-cu illərdə 7 min 390 binada binadaxili içməli su xətti yenilənib: “3 min 350 binanın kommunikasiyası işlənib, 4 min 40 binanın kommunikasiyası hələ işlənməyib. Zirzəmisi olan 6 min 53 binada tullantı su xətləri yenilənib, 3 min 55 binanın zirzəmisi təmir olunub. Suyun keyfiyyəti də ildən-ilə yaxşılaşdırılır”.
“Azərsu”nun sədri su çatışmazlığı və itkilərin səbəbləri barədə də danışıb: “Bu sırada magistral kəmərlər şəbəkə kimi istifadə edilir, sayğacdankənar istifadə halları, ictimai bulaqlar, bağ və həyət evlərində yaşıllıqların suvarılması zamanı sudan israfçılıqla istifadə olunması, tikinti normalarına cavab verməyən fərdi şəbəkələrin mövcudluğunu qeyd etmək olar”.




 
Bölməyə aid digər xəbərlər
10.08.2020
Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə pensiyalar ödənilib
10.08.2020
ASCO tullantıların ekologiyaya mənfi təsirlərinin minimuma endirilməsini diqqətdə saxlayır
09.08.2020
Sabahdan bu istiqamətlərdə ekspress xəttlər fəaliyyətə başlayır
08.08.2020
Kafe və restoranlar bu tarixdən açılır
08.08.2020
Cərimələr sərtləşdirilə bilər – Nazir müavini

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11585

1 İspaniyaya turist axını 70 faizdən çox azalıb
2 Dr. Səttar Yaqubov: Koronovirusla mübarizə aparan Mərkəzi Gömrük Hospitalının tibb personalının sağlamlığının qorunması bizim əsas vəzifə borcumuzdur
3 Statistika sahəsində hesabatlılığın səmərəliliyi artacaq, məlumatlardan istifadə imkanları sadələşəcək
4 Gürcüstanın turizm gəlirləri 80 faiz azalacaq
5 Leyla Abdullayeva: Ermənistan bəzi Yaxın Şərq ölkələrindəki erməni əsilli əhalinin Azərbaycanın beynəlxalq tanınmış Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz məskunlaşdırılması cəhdlərinə əl atır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info