Qlobal istiləşmə 6500 illik soyuqlaşmanı “ləğv etdi”
Tarix: 01.07.2020 | Saat: 21:19:00 | E-mail | Çapa göndər



Paleoiqlimşünaslar müəyyən ediblər ki, qlobal istiləşmə Yer kürəsinə sonuncu buzlaşma dövrü başa çatdıqdan sonrakı ən isti dövr üçün səciyyəvi olan iqlim rejimini qaytarıb. Beləliklə, istiləşmə son 6500 ildə davam etmiş soyuqlaşmanın təsirlərini aradan qaldırıb. Alimlərin gəldiyi nəticə “Scientific Data” jurnalında dərc edilib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, tədqiqatın müəlliflərindən biri – Şimali Arizona Universitetinin professoru Darell Kaufmanın sözlərinə görə, qlobal istiləşməyə qədər temperatur Yer üzündə düşürdü. Planetin iqlimi XIX əsrin ortalarına qədər azı min il ərzində daha soyuq olub. Cari və əvvəlki paleoiqlim tədqiqatlarının nəticələrinin təhlili göstərdi ki, bu soyuqlaşma 6500 il əvvəl başlayıb.

Son buz dövrü təqribən 2,6 milyon il əvvəl başlayıb. Dövrün başlıca xüsusiyyəti ondan ibarət idi ki, buzlaşma sahəsi və Yer səthinin temperaturu daimi deyildi. Kəskin soyuqlaşmalar və istiləşmələr səbəbindən hər bir neçə on min ildən bir buzlaqlar yaranır və geri çəkilirdi. Sonuncu belə “mülayimləşmə” təqribən 13 min il əvvəl başlanıb.

İndi də davam edən bu “mülayimləşmə”də temperatur Holosen “iqlim optimumu”nda maksimum həddə çatıb. Həmin vaxt intervalı təqribən 9 min il əvvəl başlayıb və 5 min il əvvəl qurtarıb.

Holosen “iqlim optimumu”nda Yer kürəsinin qütblərinə yaxın yerlərdə temperatur bütün buz dövrü üçün səciyyəvi olan iqlimlə müqayisədə 4-9 °С, Şimal yarımkürəsinin mülayim enliklərində 2–3 °С qalxıb. Sonralar atmosferdə istixana qazları çoxalsa da, temperatur düşməyə başlayıb.

Bu cür ziddiyyət paleoiqlimşünaslar arasında mübahisələrə səbəb olub. Alimlər arasında Holosen “iqlim optimumu”nun nə vaxt başa çatması, soyuqlaşmanın səbəbi və davametmə müddəti barədə fikir ayrılığı yaranıb.

Kaufman və onun həmkarları bu suallara cavab verməyə çalışaraq, son 12 min il ərzində Yer üzündə iqlim dəyişikliyinə dair fikirləri yenidən formalaşdırıblar. Bunun üçün dünyanın 670 guşəsindən toplanmış 1,3 mindən çox məlumatı birləşdiriblər. Onlar qədim tozcuqların və qədim göllərin dibində digər çöküntülərin analizlərinin nəticələrini, foraminiferlərin qabığında müxtəlif izotop və elementlərin qarşılıqlı əlaqəsini, habelə keçmişdə Yer üzündə hökm sürən temperaturdan xəbər verən onlarca digər iqlim indikatorlarını təqdim ediblər.

Beş müxtəlif iqlim təhlili metodundan istifadə edən Kaufman və onun həmkarları müəyyən ediblər ki, Holosen “iqlim optimumu” təqribən 6,5 min il əvvəl başa çatıb. O zaman Yer üzündə orta illik temperaturun artması dayanıb və XIX əsrin ortalarınadək hər min ildən bir 0,1 °С düşməyə başlayıb.

Alimlər güman edirlər ki, bu, Yer oxunda periodik dəyişmələr və onun orbit üzrə hərəkət xarakteri ilə əlaqəli olub. Bu səbəbdən də Şimal yarımkürəsinə daha az gün işığı düşüb və atmosferdə CO₂ qatılığının artmasına baxmayaraq temperatur düşməyə başlayıb.
Tədqiqatçılar hesab edirlər ki, təqribən 150 il əvvəl insan fəaliyyəti nəticəsində atmosferə daha çox karbon qazı buraxılanda soyuqlaşma tendensiyası başa çatıb və əks proses başlanıb. Vəziyyət davam edərsə, Yer kürəsi yaxın yüz ildə 125 min il əvvəlki, yəni Mikulin buzlaqarası dövrdəki olduğu vəziyyətə qayıdacaq. Həmin era başlananda Yer üzündə orta illik temperatur sənayeyə qədər olan həddən 1–2 °С yüksək, okean suyunun səviyyəsi indikindən 10 metr yüksək idi. O dövrün iqliminin tədqiqi alimlərə bəşəriyyətin qlobal istiləşmə müharibəsini uduzacağı təqdirdə planeti nə gözlədiyini anlamağa kömək edəcək.




 
Bölməyə aid digər xəbərlər
15.08.2020
II və III ixtisas qrupları üzrə test tapşırıqlarının düzgün cavabları açıqlanıb
14.08.2020
ADAU və “Aqro Dairy” MMC-nin rəhbərləri arasında növbəti onlayn müzakirə keçirilib
14.08.2020
Avqustun 17-dən tələbələrin köçürülməsinə başlanılır
14.08.2020
Təhsil Nazirliyi: Xaricdə distant təhsil alanların Azərbaycan məktəblərinə köçürülməsinə yol verilmir
14.08.2020
Müəllimlərin işə qəbulu imtahanında tələbələr də nəzarət edəcək

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11586

1 Sabahdan Rusiyadan Türkiyənin turizm mərkəzlərinə aviareyslər başlayır
2 Almaniyada həşəratların qorunması haqqında qanun layihəsi
3 Toyuqlu arpa əriştəli plov -VİDEO
4 Hikmət Hacıyev: “Qanunsuz rejimi “azad ölkə” kimi tanıyan Ermənistanın yeni Milli Təhlükəsizlik Strategiyası danışıqlara vurulmuş ağır zərbədir”
5 Malayziya turistlər üçün sərhədi müəyyən istiqamətlər üzrə açacaq


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info