Vikiçilərdən növbəti uğurlu layihə
Tarix: 02.07.2020 | Saat: 15:01:00 | E-mail | Çapa göndər


Mikayıl Müşfiq haqqında özbək dilində bölmə istifadəyə verildi

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin növbəti layihəsi ilə Azərbaycan şairi, tərcüməçi, pedaqoq və XX əsr repressiya ədəbiyyatının tanınmış nümayəndəsi Mikayıl Müşfiq haqqında Vikipediya beynəlxalq ensiklopediyasında özbək dilində bölmə istifadəyə verilib.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən “Palitra”ya verilən məlumata görə, Azərbaycan Mədəniyyət Mərkəzinin Vikipediya heyəti tərəfindən yaradılmış bölmədə Azərbaycan poeziyasının inkişafında böyük rolu oynamış şairin həyatı, yaradıcılığı, repressiya dövründə fəaliyyəti, yaratdığı əsərlər, şeirləri, tərcümələri, əsərlərinin siyahısı, haqqında yazılan nəşrlər və s. məlumatlar yer alıb.
Mikayıl Müşfiqin yaratdığı ölməz sənət inciləri yaşlı nəsillərlə yanaşı, gənclər arasında da sevilir, xüsusi ilə də şeir-poeziya həvəskarı olan qardaş Özbəkistanda da böyük maraqla qarşılanır.
Qeyd edək ki, Azərbaycan xalqı kimi eyni taleyi yaşamış Özbəkistanda da çoxsaylı ziyalılar ötən əsrin 30-cu illərində repressiyaya məruz qalmış və Özbəkistanda 2001-ci ildə ölkədə hər il “1 may tarixi” "Repressiya qurbanlarının anım günü” kimi qeyd olunur, Özbəkistan Respublikası Elmlər Akademiyasının nəzdində Repressiya Qurbanları Muzeyi yaradılıb, muzey həm də tədqiqat institutu kimi fəaliyyət göstərir.
Sevgi və gözəllik şairi olan Mikayıl Müşfiqin Azərbaycanın yeni poeziyasının, sərbəst şeir üslubunun inkişafında rolu, habelə onun milli folklordan və klassik ədəbi ənənələrdən layiqincə bəhrələnməklə yaratdığı bənzərsiz əsərlər məlumatlarda öz əksini tapıb. Çox gənc və qısa ömür yolu olmasına baxmayaraq ədibin keçdiyi yaradıcılıq yolu,
Azərbaycan poeziyasının simvoluna çevrilən Müşfiq əsərlərindən hissələr yaradılmış bölmədə öz əksini tapıb.
Bölmədə həmçinin qeyd olunur ki, XX əsr Azərbaycan poeziyasının tanınmış nümayəndələrindən olan Mikayıl Müşfiqin xatirəsinin əbədiləşdirilməsi və irsinin təbliği məqsədi ilə Azərbaycanda dövlət tərəfindən mühüm işlər həyata keçirilib. Bakı şəhərində dahi Müşfiqin büstü ucaldılıb, Bakı şəhərinin Qaradağ rayonunda qəsəbəyə dahi şairin adı verilib, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə ədibin 100, 110 illik yubileyləri dövlət səviyyəsində geniş qeyd olunub.
Bölmə ilə aşağdakı linkdə https://uz.wikipedia.org/wiki/Mikayil_Mushfig tanış olmaq mümkündür.
Tural




 
Bölməyə aid digər xəbərlər
10.08.2020
Rusiyada koronavirusdan ölənlərin sayı 15 min nəfəri keçdi
10.08.2020
Moskvada koronavirusdan ölənlərin sayı 4 585 nəfərə çatıb
09.08.2020
Belarus MSK ilkin nəticələri açıqlayıb
09.08.2020
“Niva“ da dörd nəfər yanıb
09.08.2020
Belarus MSK: Belarusda prezident seçkiləri baş tutub

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11585

1 İspaniyaya turist axını 70 faizdən çox azalıb
2 Dr. Səttar Yaqubov: Koronovirusla mübarizə aparan Mərkəzi Gömrük Hospitalının tibb personalının sağlamlığının qorunması bizim əsas vəzifə borcumuzdur
3 Statistika sahəsində hesabatlılığın səmərəliliyi artacaq, məlumatlardan istifadə imkanları sadələşəcək
4 Gürcüstanın turizm gəlirləri 80 faiz azalacaq
5 Leyla Abdullayeva: Ermənistan bəzi Yaxın Şərq ölkələrindəki erməni əsilli əhalinin Azərbaycanın beynəlxalq tanınmış Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz məskunlaşdırılması cəhdlərinə əl atır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info