Bakı Dövlət Universitetində məzun-əsgərlərlə onlayn görüş formatı
Tarix: 02.07.2020 | Saat: 15:37:00 | E-mail | Çapa göndər


Bu koronavirus bütün dünyada hər şeyə təsir göstərdi: İnsan həyatına, mənəviyyata, iqtisadiyyata, siyasətə və s. Amma yaxşı ki, insan onun fəsadlarına təslim olmadı. Bu gün virus fəsadlarına qarşı ümumdünya karantini bizdə də tətbiq olunmaqdadır. ABŞ-dan tutmuş Avropanın özündən deyən, inkişaf etmiş ölkələri pandemiyanın yaratdığı fəsadları, xüsusən iqtisadi gərginliyi əsas faciə kimi qiymətləndirməyə başlamışdılar. Bu ağır şəraitdə Azərbaycan dövləti, onun Prezidenti vəziyyətdən necə çıxmağın yollarını min ölçüb, bir biçdi və doğrusu, çoxlarına möcüzə kimi gücünü göstərdi. Əsas faktor da bu oldu ki, xalq öz dövlətinin, Prezidentinin ətrafında birləşdi; hər kəs, hər bir müəssisə öz işini ekstremal şəraitə uyğun qurmağı bacardı.

Belə sahələrdən biri təhsil sistemi oldu. İndi ali məktəblərdə başa çatmaqda olan yay semestrinin nəticələri göstərir ki, universitetlərimiz koronavirusun “tətil günlərini” qətiyyən “tətil” kimi qəbul etmədi. Mənim əməkdaşı olduğum Bakı Dövlət Universiteti bu çətin günlərdə birləşməklə, dərs prosesini onlayn sistemə keçirməklə tələbənin daim yanında olmağı, II semestrin imtahanlarını bu sistem vasitəsilə təşkil etməklə yenə də flagman formatını saxlamağı bacardı.

Tələbələrimiz təhsil aldıqları doğma universitetdən razı qaldılarmı? Universitet rəhbərliyi və universitet Elmi Şurası sözün əsl mənasında bu razılığı təmin etdi. Universitet Elmi Şurasının bu çətin karantin çağında imtahan ətrafında qəbul etdiyi qərarların hamısı tələbələrə rəğbət və sevgi hisslərinə büründü. Müvəqqəti çətinlikdir, təki tələbələrimiz, heç olmasa, imtahan stresi keçirməsinlər. Semestr imtahanlarımızın, demək olar, hamısında rektorumuz Elçin Babayev iştirak etmək təşəbbüsündə oldu və tələbələrin hər biri onun tələbəyə qayğı və hörmətini hiss etdi.
Xüsusilə buraxılış kursunun tələbələri. Universitet həyatından ayrılmaq onlar üçün həmişə çətin olur. Bu il həm də ona görə daha çətin oldu ki, biz onlarla üzbəüz, əl tutaraq yox, heç vaxt başımıza gəlməyən uzaqdan vida formatında xudafizləşməli olduq. Ancaq bu da taledir və bu tale “bəxtini” yumşaltmağın yolu da tapıldı. Rektor Elçin Babayev əvvəlcə məzun gününü onlayn formada təşkil etdi, bütün məzunlara xeyir-dua verib istehsalata yola saldı.
İyulun 1-də BDU həyatında daha bir kövrək ovqat yaşandı: Ordu sıralarına qoşulmağa gedən məzunlarla rektorumuzun rəhbərliyi ilə ayrıca onlayn görüş keçirildi. Bu görüşə çoxsaylı müəllim və məzun qoşuldu. Texniki cəhətdən də əla təşkil olunmuş görüşdə rektor sabah orduda xidmətə yola düşəcək məzun-oğulları universiteti bitirmək münasibətilə bir daha təbrik etdi. Bu universitetin Ümumilli Lider Heydər Əliyev kimi məzunu olduğunu xatırlatdı. Qeyd edək ki, əsgərə yola düşən məzunlarımızın qəlbi Vətən sevgisi ilə doludur və bu sevgi onların ordumuzda-regionun ən güclü ordusunda uğurla xidmət etmələrinə zəmin yaradacaq. Rektor sabahın əsgərlərinə uğurlar arulayıb sözü universitetin ağsaqqal müəllimlərinə verdi. Çıxış edən müəllimlərin hər birinin nitqində gənclərə “Vətən əmanəti, yurd əmanəti” kimi tapşırıqlar, onlara ən gözəl arzular dil açdı.
Sonra tələbələr - sabahın vətən keşikçiləri, düşmənə göz dağı olacaq məzun-oğlanlar söz aldılar. Onların hər sözündə bitirdikləri universitetə, müəllimlərinə, tədrisdə əməyi keçən hər kəsə sevgi hissləri, minnətdarlıq anları var idi. Mən o dəqiqələrdə bu görüşün onlayn formatının imkanlarını da gördüm: məzun tələbələr həmin məqamlarda olduqları çox müxtəlif məkanlardan - kənddəki evlərindən, şəhərdəki parklardan, yol getdiyi avtomobildən... görüşə qoşulub öz fikirlərini ifadə edirdilər.

Haçansa kəsri qalmış tələbə bu kəsri asanlıqla ödədiyinə görə təşəkkür edir, kimsə hansısa səbəbdən bu gün ala bilmədiyi diplomuna necə sahib ola biləcəyi barədə sual verir və rektor onların bütün suallarını təmkinlə dinləyib cavablandırır. Və məzunların suallarını həll etmək üçün onlara belə bir təklif irəli sürür: “Gedin, əsgəri xidmətinizi edin, gələn ilin lap bu vaxtlarında universitetin iclas salonunda yığışaq və bütün problemlərimizi bir yerdə müzakirə edək". Tələbə-məzunlar bu təklifi çox bəyənirlər və bitirdikləri doğma universitetdə gələn il baş tuta biləcək belə bir görüşə indidən hazır olduqlarını bildirirlər.
Bu anda mənim qəlbimdə Tanrıya ünvanlanmış bir dua səslənir: Allahım, səngərdə düşmənə sipər olacaq bu cavanları gücü və qeyrəti ilə qürur duyduğumuz Azərbaycan ordusunu hifz eylə, tələbə-məzunlarımıza qələbə qismət eylə!


Cahangir Məmmədli

BDU-nun Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri




 
Bölməyə aid digər xəbərlər
10.08.2020
ADU-nun Əlavə təhsil və təcrübə fakültəsinə tələbə qəbulunun müddəti uzadılıb
10.08.2020
Məsuliyyətli işin öhdəsindən layiqincə gələnlər
10.08.2020
I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının tarixi açıqlandı
10.08.2020
Peşə təhsili üzrə köhnəlmiş və lazımsız ixtisasların tədrisi dayandırılacaq
10.08.2020
Avqustun 14-dən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə start veriləcək

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11585

1 İspaniyaya turist axını 70 faizdən çox azalıb
2 Dr. Səttar Yaqubov: Koronovirusla mübarizə aparan Mərkəzi Gömrük Hospitalının tibb personalının sağlamlığının qorunması bizim əsas vəzifə borcumuzdur
3 Statistika sahəsində hesabatlılığın səmərəliliyi artacaq, məlumatlardan istifadə imkanları sadələşəcək
4 Gürcüstanın turizm gəlirləri 80 faiz azalacaq
5 Leyla Abdullayeva: Ermənistan bəzi Yaxın Şərq ölkələrindəki erməni əsilli əhalinin Azərbaycanın beynəlxalq tanınmış Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz məskunlaşdırılması cəhdlərinə əl atır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info