AzerTelecom şirkəti rəhbər heyətində yeni təyinatları elan edir
Tarix: 02.07.2020 | Saat: 16:09:00 | E-mail | Çapa göndər


Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral internet provayderi AzerTelecom şirkətin rəhbərliyi səviyyəsində yeni təyinatları elan edir.
Belə ki, 2017-cı ildən AzerTelecom şirkətinin baş icraçı direktoru Fuad Allahverdiyev şirkətin Direktorlar Şurasının Sədri vəzifəsinə təyin edilib. Digər qərara əsasən isə şirkətin baş icraçı direktoru vəzifəsinə 2018-ci ildən AzerTelecom-un baş icraçı direktorunun əməliyyatlar üzrə müavini xanım Ana Nakaşidze təyin olunub.
“Qlobal, regional və lokal miqyasda etibarlı tərəfdaş kimi tanınan AzerTelecom şirkəti son illərdə mühüm uğurlara imza atıb, ölkənin dayanıqlı və sürətli internet xidməti ilə təmin olunmasına öz töhfəsini verməkdədir. Biz Azərbaycanın İKT sektorunun dayanıqlı inkişafına və ölkəmizin regional rəqəmsal mərkəzə çevrilməsinə istiqamətlənən layihələrin reallaşdırılmasını davam etdirəcəyik. Mən yeni baş icraçı direktor xanım Ana Nakaşidzeyə fəaliyyətində uğurlar arzulayıram və onun şirkətimizin inkişafına töhfə verəcəyinə inanıram” - deyə Fuad Allahverdiyev qeyd edib.
“AzerTelecom şirkəti internet xidməti təminatçıları və bazarda fəaliyyət göstərən operatorlara yüksək keyfiyyətli və dayanıqlı xidmətlər göstərməklə Azərbaycanda bu sahənin inkişafında mühüm rola sahibdir və bundan sonra da bu inkişafda vacib rol oynamağı planlaşdırır. Qlobal internet xidmətləri hər bir iqtisadiyyatın uğuru üçün həyati əhəmiyyətli bir faktora çevrildiyindən şirkətimiz hazırkı dəyişən çağırışlar və imkanlar mühitində inkişaf üçün davamlı şəkildə yeni imkanları araşdırır. Mən inanıram ki, bu illər ərzində şirkətimizin böyüməsini dəstəkləyən heyətimiz hazırkı çağırışlar dönəmində də mühüm nailiyyətlər qazanacaqdır” - deyə Ana Nakaşidze bildirib.
AzerTelecom Azərbaycanın telekommunikasiya operatorudur. Şirkət ölkənin ilk mobil operatoru və ən sürətli mobil internet provayderi olan Bakcell şirkətinin törəmə müəssisəsidir. AzerTelecom Azərbaycanı beynəlxalq internet şəbəkəsi ilə birləşdirir və telekommunikasiya sektorunda yerli və xarici şirkətlərə müxtəlif qabaqcıl xidmətlər təqdim edir. Hazırda AzerTelecom şirkəti Azərbaycanın rəqəmsal mərkəzə çevrilməsi üçün “Azerbaijan Digital Hub” (ADH) proqramını icra edir.




 
Bölməyə aid digər xəbərlər
10.08.2020
Masazır Duz Zavodu tərəfindən duz tədarükü mövsümünə start verilib
10.08.2020
Prezident İlham Əliyev “Qarabağ” neft yatağı haqqında: 2022-ci ilin sonunda ilk qaz və ilk neft çıxarılmalıdır
10.08.2020
Azərbaycan daşıyıcılarının Gürcüstan və Türkiyəyə giriş icazəsi bərpa edildi
10.08.2020
Sentyabrın 8-də özəlləşdirmə hərracına 61 dövlət əmlakı çıxarılacaq
10.08.2020
“Qala Sığorta”nın sığorta bazarına növbəti töhfəsi

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11585

1 İspaniyaya turist axını 70 faizdən çox azalıb
2 Dr. Səttar Yaqubov: Koronovirusla mübarizə aparan Mərkəzi Gömrük Hospitalının tibb personalının sağlamlığının qorunması bizim əsas vəzifə borcumuzdur
3 Statistika sahəsində hesabatlılığın səmərəliliyi artacaq, məlumatlardan istifadə imkanları sadələşəcək
4 Gürcüstanın turizm gəlirləri 80 faiz azalacaq
5 Leyla Abdullayeva: Ermənistan bəzi Yaxın Şərq ölkələrindəki erməni əsilli əhalinin Azərbaycanın beynəlxalq tanınmış Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz məskunlaşdırılması cəhdlərinə əl atır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info