Erməni hökumətinin yeni qanunu sadə xalqa nə vəd edir?
Tarix: 02.07.2020 | Saat: 14:49:00 | E-mail | Çapa göndər


Bu gnlərdə, dəqiq desək iyunun 26-da erməni prezident Armen Sarkisyan “Ermənistanın Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında» qanun imzalayıb.
Erməni saytları prezident aparatının qanunu və onun mümkün sosial-iqtisadi təsirini ekspert rəyilərinə istinad edərək prezidentə təqdim etdiklərini yazırlar. Maraqlıdır ki, Armen Sarkisyan özü də qanun layihəsinin ekspert icması, hüquqşünaslar, maliyyəçilər və iqtisadçılarla müzakirə etdiyini bildirib. Təbii ki, Armen Sarkisyanın hökumət və parlamentin qanuna dair əsaslandırmalarından xəbərsiz olduğunu düşünmək doğru olmaz. Lakin bununla belə o, ölkədəki bəzi nüanslara diqqət çəkərək qanunun vaxtından əvvəl qəbul edildiyini düşünür. Əslində, qanun dərhal yerinə yetirilməsə belə, koronavirus epidemiyasının, maliyyə və iqtisadi problemlərin nəticələri ölkədə uzun müddət hiss ediləcək.
Yeri gəlmişkən, Ermənistan prezidentin son addımı ölkədə çəksər ermənilərin təəccübü ilə qarşılanıb. Əslində qeyd edilməlidir ki, bu Ermənistan prezidenti Armen Sarkisyanın imzalayarkən münasibət bildirdiyi yeganə hal kimi dəyərləndirməlidir. Ona görə də erməni prezidentin atdığı bu addımı, qəribə də olsa, real hadisə kimi dəyərləndirmək olar.
“İndi qanunun məzmunu ilə bağlı mübahisələrə detallı şəkildə qayıtmağa dəyməz - bu mövzuda kifayət qədər fikir və qiymətləndirmələr səslənmişdir“. Qeyd edək ki, qəbul edilmiş qanun layihəsinə münasibət bildirən ermənilərin “Qolos Armenii“ saytı Paşinyanı hökumətinin belə bir sosial-iqtisadi siyasətinin olmamasına da diqqət yetirir.
Sayt yazır ki, Armen Sarkisyan sənədi imzaladığı gün Ermənistan Mərkəzi Bankının rəhbəri iqtisadi böyümə proqnozuna yenidən baxdığını bəyan edib. Əslində, sayt bu «böyümə» proqnozunu təkcə mənfi hal kimi deyil, tamamilə depresif bil hal kimi qiymətləndirir: “Əlbətdə ki, mövcud şəraitdə, mövcud qlobal iqtisadi proseslər şəraitində daha pis ola bilərdi“
Bunlar üçün əsas olduğunu göstərən sayt daha sonra yazır: “ …birincisi, bunun daha da pis olacağına inanmaq üçün bütün əsaslar var və ikincisi, belə təsiredici iqtisadi tənəzzül, həm işsizliyin güclü dalğası, həm də gəlirlərin ümumi azalması şəklində sosial sahəyə böyük bir zərbədir. Bu, hətta proqnoz deyil, onsuz da davam edən bir prosesdir. Bu qədər qaranlıq reallıqlar və heç də tutqun olmayan proqnozlar fonunda Ermənistan hakimiyyəti zaman-zaman vətəndaşların vergi yükünü artıran qanunvericilik yeniliyi təklif edir“.
Maraqlıdır ki, qəbul edilmiş qanun layihəsinin ermənilərin vergi yükünü artıracağını maliyyə naziri Atom Djandjugazyan da etiraf etmək məcburiyyətində qalıb: “Reallıq isə budur ki, yeni qanun layihəsinin qəbulu erməni vətəndaşlarının vergi yükü bütövlükdə 4,5 dəfə artacaq. Yenə də deyirəm, bu, ölkə iqtisadiyyatının, iqtisadi fəaliyyətin aşağı düşməsi, gəlirlərin azalması və artan işsizlik fonunda baş verəcək“.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
10.08.2020
Rusiyada koronavirusdan ölənlərin sayı 15 min nəfəri keçdi
10.08.2020
Moskvada koronavirusdan ölənlərin sayı 4 585 nəfərə çatıb
09.08.2020
Belarus MSK ilkin nəticələri açıqlayıb
09.08.2020
“Niva“ da dörd nəfər yanıb
09.08.2020
Belarus MSK: Belarusda prezident seçkiləri baş tutub

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11585

1 İspaniyaya turist axını 70 faizdən çox azalıb
2 Dr. Səttar Yaqubov: Koronovirusla mübarizə aparan Mərkəzi Gömrük Hospitalının tibb personalının sağlamlığının qorunması bizim əsas vəzifə borcumuzdur
3 Statistika sahəsində hesabatlılığın səmərəliliyi artacaq, məlumatlardan istifadə imkanları sadələşəcək
4 Gürcüstanın turizm gəlirləri 80 faiz azalacaq
5 Leyla Abdullayeva: Ermənistan bəzi Yaxın Şərq ölkələrindəki erməni əsilli əhalinin Azərbaycanın beynəlxalq tanınmış Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz məskunlaşdırılması cəhdlərinə əl atır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info