Masallıda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunacaq uşaq bağçasının təməli qoyulub
Tarix: 02.07.2020 | Saat: 17:18:00 | E-mail | Çapa göndər


1 iyul 2020-ci il tarixdə Masallı şəhərində yeni körpələr-uşaq bağçasının təməli qoyuldu. Son illər respublikamızda, o cümlədən Masallı rayonunda aparılan möhtəşəm quruculuq, abadlıq işləri ümummilli lider Heydər Əliyevin siyasətinin uğurlu davamıdır. Pandemiya dövrü olmasına baxmayaraq İlham Əliyevin balanslı siyasətinin nəticəsidir ki, istər siyasi, istər iqtisadi, istərsə də mədəni-humanitar sahələrdə əldə olunan nəticələr dünya birliyi tərəfindən qəbul edilir, alqışlanır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında respublikamızın sosial-iqtisadi həyatında əldə edilən uğurlar hər bir bölgədə olduğu kimi Masallının həyatında da öz əksini tapmaqdadır. Möhtərəm prezidentimiz cənab İlham Əliyevin tövsiyə və tapşırıqları əsasında şəhər ərazisində irimiqyaslı layihələrin icrası, quruculuq-abadlıq işləri davam etdirilir. Həmçinin məşğulluq səviyyəsinin artırılması, infrastruktur layihələrinin həyata keçirilməsi və əhalinin maddi rifahının yüksəldilməsi ilə bağlı verilmiş tapşırıqların icrasının təmin edilməsi üçün zəruri tədbirlər həyata keçirilir. Ölkəmizdə uşaqlara qayğı həmişə ön plandadır. Bu məqsədlə hər il onlarca uşaq tərbiyə müəssisəsi tikilir. Bu il Masallıda da 7 məktəbəqədər uşaq tərbiyə müəssisəsinin tikilməsi və əsaslı təmiri nəzərdə tutulmuşdur. Bu sahədə artıq ilk addım atılıb. Şəhərin Səməd Vurğun küçəsində 100 yerlik uşaq-tərbiyə müəssisəsinin təməlqoyması olmuşdur.
İkimərtəbəli, yaraşıqlı bağçada uşaqların əylənməsi üşün hər çür şərait yaradılacaqdır.
Pandemiya dövründə təməli qoyulan uşaq bağçası Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunacaq.
Bağçanın təməlqoymasında Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov uşaqların dövlətin hərtərəfli qayğısı ilə əhatə olunduğunu xüsusilə qeyd etdi. Rayon rəhbəri bu sahədə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, Ulu Öndərin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın uşaqlara qayğısının və mərhəmətinin ləyaqətlə təmsil edildiyini vurğuladı. Masallı şəhərində balaca körpə fidanların üzünə açılacaq körpələr evi-uşaq bağçası da bu mərhəmətin, diqqət və qayğının parlaq nümunəsidir.
Bu gün uşaqların keyfiyyətli təlim-tərbiyə və qayğı ilə əhatə olunması, onlar üçün zəruri şəraitin yaradılması, böyüməkdə olan nəslin layiqli vətəndaş kimi formalaşması Azərbaycanda dövlət siyasətinin başlıca prinsiplərindən biridir.
Qeyd edək ki, təməlqoymada Milli Məclisin deputatı Məşhur Məmmədov və gənc sahibkar Mədinə Şahbazova da iştirak etmişlər.

ƏLİHÜSEYN ŞÜKÜROV




 
Bölməyə aid digər xəbərlər
10.08.2020
Seymur Orucov Dilbaz Atçılıq Təsərrüfatı Kompleksindəki şəraitlə tanış olub
10.08.2020
Neftçalada içməli su probleminin aradan qaldırılması üçün hansı işlər görülür? - Rəsmi açıqlama
10.08.2020
Azərbaycanda daha 79 nəfər koronavirusa yoluxdu, 278 nəfər sağaldı
09.08.2020
Azərbaycanda gün ərzində koronavirusa yoluxanların sayı 87-yə düşdü
08.08.2020
Seymur Orucov növbəti dəfə Ağstafa şəhərinə baxış keçirib-FOTOLAR

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11585

1 İspaniyaya turist axını 70 faizdən çox azalıb
2 Dr. Səttar Yaqubov: Koronovirusla mübarizə aparan Mərkəzi Gömrük Hospitalının tibb personalının sağlamlığının qorunması bizim əsas vəzifə borcumuzdur
3 Statistika sahəsində hesabatlılığın səmərəliliyi artacaq, məlumatlardan istifadə imkanları sadələşəcək
4 Gürcüstanın turizm gəlirləri 80 faiz azalacaq
5 Leyla Abdullayeva: Ermənistan bəzi Yaxın Şərq ölkələrindəki erməni əsilli əhalinin Azərbaycanın beynəlxalq tanınmış Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz məskunlaşdırılması cəhdlərinə əl atır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info