Səfirliyimizin əməkdaşları Orxan Zeynalovla görüşüb
Tarix: 23.10.2013 | Saat: 14:34:00 | E-mail | Çapa göndər


Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşları Orxan Zeynalovla görüşmək üçün istintaq təcridxanasına buraxılıblar. Azərbaycanın Rusiyadakı səfirliyindən bildiriblər ki, səfirliyin Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinə göndərdiyi diplomatik notalara və Rusiya İstintaq Komitəsinə göndərdiyi məktublara əsasən konsul Fuad Əliyev və səfirliyin müşaviri Ağalar Atamoğlanov RF CM-nin 105-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinən Azərbaycan vətəndaşı Orxan Zeynalovla görüşmək üçün Cəzaların İcrası üzrə Rusiya Federal Xidmətinin Moskva şəhər İdarəsinin 1 nömrəli istintaq təcridxanasına buraxılıblar.
Görüşdə səfirliyin əməkdaşları O.Zeynalova onun hüquqlarını izah etmiş və söhbət zamanı bildiriblər ki, səfirlik onun mənafeyini müdafiə etmək məqsədi ilə vəkil V.Anikuşin və tərcüməçi D.Dadaşova ilə müqavilə bağlayıb. O.Zeynalov saxlandığı gün, habelə istintaq təcridxanasında olduğu dövrdə ona qarşı fiziki təsir tədbirlərinin tətbiq edildiyini və əsassız olaraq ləyaqəti alçaldan digər amansız rəftar hallarına yol verildiyini bildirib.
Səfirliyin tapşırığı ilə vəkil V.Anikuşin kütləvi informasiya vasitələrinin yaydığı xəbərlər, o cümlədən videokadrlar, habelə O.Zeynalovun danışdıqları əsasında bədən xəsarətlərini aşkara çıxarmaq məqsədi ilə saxlanılanın müayinə olunması, ona qarşı fiziki təsir tədbirlərinin tətbiqi faktları üzrə xidməti araşdırma aparılması barədə bir neçə vəsatət qaldırıb, habelə onun barəsində qəti-imkan tədbirinin seçilməsinə dair apelyasiya şikayəti verib.
O.Zeynalovun nəzərinə çatdırılıb ki, səfirlik istintaqın obyektiv aparılmasını və məhkəmə instansiyalarında işə RF CM və CPM çərçivəsində, Konsul əlaqələri haqqında 1963-cü il tarixli Vyana Konvensiyasının və Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında bağlanmış 1995-ci il tarixli Konsul konvensiyasının müvafiq müddəalarını nəzərə almaqla baxılmasını təmin etmək üçün tədbirlər görəcək.




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
Elmar Məmmədyarov Almaniya Bundestaqının üzvü ilə görüşüb
15.02.2019
Qətərli və livanlı jurnalistlər Mətbuat Şurasında olublar
15.02.2019
“Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
15.02.2019
“İnternet media vacib informasiya mənbəyinə çevrilib”
15.02.2019
Ermənistandan azərbaycanlıların qovulması və yəhudilərin köçü

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10597

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 Bakıda yeni otel istifadəyə verilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info