Saakaşvili köçür
Tarix: 23.10.2013 | Saat: 14:54:00 | E-mail | Çapa göndər


Gürcüstan prezidenti dövlət büdcəsindən maliyyələşən evini tərk edərək öz mənzilinə köçür
Gürcüstan prezidenti Mixail Saakaşvili prezident seçkisi ilə bağlı dövlət büdcəsi tərəfindən maliyyələşən evindən köçür. Bu barədə gürcü mətbuatı məlumat yayıb.
Son illər ərzində prezident ailəsi ilə birgə Tiflis ətrafında, Didi Diqomi rayonundakı fərdi evdə yaşayıb. Bu gün dövlət başçısı ailə üzvləri ilə birgə ev əşyalarını toplamağa başlayıb. O, bir necə gün ərizndə şəhərin mərkəzindəki evə köçəcək.
Gürcüstanın "Rustavi" telekanalı prezidentin həyat yoldaşı Sandra Rulovsla birgə toplanmasını əks etdirən görüntülər yayımlayıb. Görüntülərdə Saakaşvili ev mürəbbələrini və müxtəlif məhsulları qablaşdırır.
Birinci xanım onlara kömək məsələlərinin həllində Hollandiyadakı valideynlərinin kömək etdiyini deyib. "İndi elədə çox əşyamız qalmayıb. Amma bütün bunlar çətin işdir".
Saakaşvili isə jurnalistlərə açıqlamasında nənəsinin ona torpaq sahəsi hədiyyə etdiyini deyib. Lakin bu sahə satılacaq və əldə edilən gəlirdən prezident kitabxanasının qurulmasında istifadə ediləcək. "Nənəm anamın yanına köçüb", deyə o qeyd edib.
Xatırladaq ki, Gürcüstanda prezident seçkisi oktyabrın 27-də keçiriləcək. Saakaşvili iki dəfə seçkidə iştirak etdiyi üçün bu dəfə iştirak etmək hüququnu itirib. Lakin o, bundan sonrada siyasətdə qalmaq niyyətində olduğunu deyib.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Mari Le Pen Makron və Merkelə qarşı: Avropa ordusu heç bir halda meydana çıxmamalıdır
14.11.2018
Fransa hökumətində Donald Trampın tənqidi tvitlərinə şərh veriblər
14.11.2018
İsrailin müdafiə naziri Aviqdor Liberman istefa verib
14.11.2018
Merkel Avropa İttifaqının öz ordusunun yaradılması tərəfdarıdır
14.11.2018
Tramp İrana görə Tereza Meyi tənqid etdi

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info