Yeni uşaq mahnılarının seçimi başladı
Tarix: 23.10.2013 | Saat: 15:16:00 | E-mail | Çapa göndər


"ELS" Müstəqil Araşdırmalar Mərkəzi layihənin ikinci mərhələsini təqdim etdi

Bakı Musiqi Akademiyasının səsyazma studiyasında “ELS-Müstəqil Araşdırmalar Mərkəzi”nin AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 2013-cü il iyunun 1-dən həyata keçirdiyi “Gənc nəslin mədəni-mənəvi inkişafının dəstəklənməsi” layihəsi çərçivəsində “Yeni uşaq mahnıları - 2013” Ümumrespublika Müsabiqəsinin təqdimatı keçirildi.
Tədbirdə incəsənət xadimləri, o cümlədən Bakı Musiqi Akademiyasının prorektoru Gülnaz Abdullazadə, bəstəkarlar Oqtay Zülfüqarov, Oqtay Rəcəbov və Mehriban Əhmədova, şairlər Baba Vəziroğlu, Vahid Əziz, professor Minarə Dadaşova, Musiqi Kollecinin direktoru Nazim Kazımov, rejissor, Əməkdar incəsənət xadimi Şeyx Əbdül Mahmudbəyov, yazıçı Gülzar İbrahimova və layihənin rəhbəri İradə Yaqubovadan ibarət münsiflər heyəti müsabiqənin birinci mərhələsinin yekunlarını müzakirə etdi.
Üzeyir bəy Hacıbəyovun ocağında təşkil olunan tədbirdə Gülnaz Abdullazadə gənc nəslin formalaşması baxımından incəsənətin, o cümlədən uşaq mahnılarının danılmaz rolundan danışdı. Oqtay Zülfüqarov müsabiqəyə təqdim olunan mahnıların obyektiv seçılməsinin vacibliyini vurğulayaraq dedi ki, müsabiqədən keçən əsərlər vətənpərvərlik, valideynlərə hörmət, təbiətə məhəbbət, bir sözlə, uşaqların formalaşmasında əhəmiyyət kəsb edən mövzuları, həmçinin müxtəif yaş kateqoriyalarını əhatə etməlidir. Layihənin rəhbəri İradə Yaqubova ötən müddət ərzində işçi qrupunun gördüyü işlər, o cümlədən dinləniləcək mahnıların seçim qaydaları haqqında ətraflı məlumat verdi. Sonra münsiflər heyəti müsabiqəyə təqdim olunan 73 mahnıdan yarısını dinlədi, qalan mahnılara münsiflər heyətinin növbəti toplantısında baxılacaq. Qaliblərin obyektiv şəkildə təyin olunması üçün seçilmiş mahnılar sosial şəbəkələrdə səsverməyə çıxarılacaq. Müsabiqənin qalibləri mükafatlandırılacaq və qalib mahnılar müsabiqənin yekun konsertində səsləndiriləcək.
Qeyd edək ki, tədbirdə AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası, Bəstəkarlar İttifaqı, Yazıçılar Birliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və digər aidiyyətli rəsmi qurumların təmsilçiləri, KİV nümayəndələri iştirak edirdi.
Nigar




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir
18.09.2018
Prezident: Bir neçə gün əvvəl əsgərlərimiz düşmənə elə dərs veriblər ki, çətin ki yaxın günlərdə özünə gəlsin
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
18.09.2018
Ağsuda dini ayinlərin qanunazidd icrası faktı aşkarlanıb
18.09.2018
Aeroportda mülki pilotsuz aparatların uçuşlarına Vahid Nəzarət Mərkəzi yaradılır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info