Viktor Matviyenko: “Azərbaycan dünyada həm iqtisadi, həm də siyasi baxımdan etibarlı tərəfdaş hesab edilir”
Tarix: 23.10.2013 | Saat: 15:32:00 | E-mail | Çapa göndər


“İlham Əliyevin seçkilərdə inamlı qələbəsini Azərbaycan xalqının inkişafa və rifaha səs verməsi kimi dəyərləndirirəm”

“Azərbaycanın sürətli inkişafı göz qabağındadır. İnkişafın bu modeli bir çox ölkələr üçün nümunə sayılır. Bizim müşahidələrimiz göstərir ki, mərhum Prezident Heydər Əliyevin müəyyən etdiyi siyasi, iqtisadi strategiyanın bu gün dövlət başçısı İlham Əliyev tərəfindən səmərəli formada davam etdirilməsi Azərbaycanın həm MDB məkanında, həm də onun sərhədlərindən kənarda sürətlə inkişaf edən demokratik ölkə imicini yaradıb”. Bu sözləri T. Şevçenko adına Kiyev Milli Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunun direktor müavini, Beynəlxalq Təşkilatlar və Diplomatik Xidmət Departamentinin rəhbəri professor Viktor Matviyenko deyib.

“Prezidentin müəyyənləşdirdiyi inkişaf proqramları əsasında reallaşdırılan infrastruktur layihələri ölkənin müasirləşməsinə və xalqın rifah halının yüksəlməsinə xidmət edir”

Dövlət başçısı İlham Əliyevin prezident seçkilərində inamlı qələbəsini Azərbaycan xalqının inkişafa və rifaha səs verməsi kimi dəyərləndirən Viktor Matviyenko, qeyd edib ki, Prezidentin müəyyənləşdirdiyi inkişaf proqramları əsasında reallaşdırılan infrastruktur layihələri ölkənin müasirləşməsinə və xalqın rifah halının yüksəlməsinə xidmət edir. Professor V. Matviyenko deyib: “Prezident İlham Əliyevin ən böyük üstünlüklərindən biri ölkənin təbii sərvətlərindən əldə olunan maliyyə resurslarının ağıllı şəkildə idarə edilməsidir. Azərbaycanın bütün şəhər və rayonlarını əhatə edən infrastruktur layihələrini yüksək qiymətləndirirəm. Azərbaycanın paytaxtı, rayonları çox dəyişib, gözəlləşib. Bizim bildiyimizə görə, son illərdə yüzlərlə yeni məktəb və xəstəxanalar tikilib, yeni yollar salınıb. Bütün bu işlər şəxsən dövlət başçısının nəzarəti altında görülüb. Bunlar böyük göstəricilərdir, xalqın rifahını, sosial inkişafını təmin edən amillərdir. Neftdən gələn gəlirlər başlıca şərt deyil, əsas odur ki, o gəlirləri uğurlu idarə edə biləsən, ölkənin yüksəlişinə sərf edəsən. Bu baxımdan Azərbaycan Prezidentinin atdığı addımlar təqdir edilməlidir”.
Beynəlxalq Münasibətlər İnstitutunun direktor müavini bildirib ki, Azərbaycanda aparılan islahatlar, həyata keçirilən layihələr ölkənin iqtisadi, sosial inkişafı ilə yanaşı, onun beynəlxalq imicinin möhkəmlənməsində də böyük rol oynayıb. Azərbaycan bu gün dünyada həm iqtisadi, həm də siyasi baxımdan etibarlı tərəfdaş hesab edilir. Azərbaycanın qazandığı uğurlar ölkənin beynəlxalq münasibətlər sistemində etibarlı yer tutmasına gətirib çıxarıb. Dinamik və davamlı inkişafına görə Azərbaycana beynəlxalq maraq artıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlərini bölüşən Viktor Matviyenko, bildiribr ki, bu problem regionda uzunmüddətli sülhün və təhlükəsizliyin təmin olunmasına böyük maneə yaradır. Ukrayna problemin dinc yolla, beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində ədalətli həllinin tərəfdarıdır.
Azərbaycan-Ukrayna münasibətləri barədə danışan Professor V. Matviyenko qeyd edib ki, bu gün iki ölkə arasında bir çox sahələri əhatə edən əlaqələr yüksək səviyyədədir. O, deyib ki, rəsmi Bakı və rəsmi Kiyev həm ikitərəfli əməkdaşlığın inkişafında, həm də beynəlxalq təşkilatlar çərçivəsində münasibətlərin genişləndirilməsində maraqlıdırlar.
Təhsil sahəsində əməkdaşlığın inkişaf etdiyini bildirən Beynəlxalq Münasibətlər İnstitutunun direktor müavini, xüsusi ilə də, son illərdə Azərbaycan və Ukraynanın ali təhsil ocaqları arasında qarşılıqlı əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
KTMT-nin Ermənistan problemi: Azərbaycan-Belarus əməkdaşlığına rəsmi İrəvanın qısqanclığı
17.11.2018
Parisin qeyri-adekvat siyasəti Fransanın ATƏT Minsk qrupunda iştirakını şübhə altına alır
16.11.2018
Humanist addıma kölgə salmaq istəyənlər uğursuzluğa məhkumdur
16.11.2018
İlqar Orucov: Bu gün Azərbaycanı dünyada uğurla təbliğ edən yüksək hazırlıqlı gənclər ordusu formalaşıb
16.11.2018
Koordinasiya Şurası Türkiyə Səfirliyi ilə əməkdaşlığı genişləndirir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info