“ASAN xidmət” mərkəzləri bu günlərdə işləməyəcək
Tarix: 03.07.2020 | Saat: 20:04:00 | E-mail | Çapa göndər


COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda xüsusi karantin rejimi 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılır.

Trend-in məlumatına görə, virusa yoluxma dinamikasının azaldıması istiqamətindəki tədbirlər çərçivəsində 4-5 iyul 2020-ci il tarixində Bakı şəhərindəki bütün “ASAN xidmət” və “ASAN Kommunal”, Gəncə, Masallı, Sumqayıt, Mingəçevir, Bərdə, Şəki regional “ASAN xidmət” mərkəzlərində yalnız www.asan.gov.az saytı və 108 “Çağrı” Mərkəzi üzərindən müvafiq tarixlər üçün öncədən növbə götürmüş vətəndaşlara xidmət göstəriləcək. Eyni zamanda sənədlərinin hazır olacağı barədə əvvəlcədən məlumat verilən vətəndaşlar həmin mərkəzlərə yaxınlaşaraq sənədlərini əldə edə bilərlər. Qeyd olunan tarixlərdə 108 “Çağrı” Mərkəzi və “ASAN xidmət” mobil tətbiqi vasitəsi ilə müvafiq mərkəzlər üçün onlayn növbələr verilməyəcək.
11, 12, 18, 19 iyul tarixlərində isə qeyd olunan mərkəzlərdə qeyri-iş günü olacaq.
Digər günlərdə isə vətəndaşlar müvafiq qaydalar əsasında mərkəzlərə müraciət etməklə xidmətlərdən yararlana bilərlər. Belə ki, 27 aprel tarixindən “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində vətəndaşların qəbulu "ASAN xidmət" mobil tətbiqi, www.asan.gov.az saytı və 108 Çağrı Mərkəzi vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir.




 
Bölməyə aid digər xəbərlər
12.08.2020
“ABAD”a yeni sözçü təyin olunub
12.08.2020
Bu il əhaliyə sosial yardım üzrə 3 milyard manatdan çox vəsait ödənilib
10.08.2020
Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə pensiyalar ödənilib
10.08.2020
ASCO tullantıların ekologiyaya mənfi təsirlərinin minimuma endirilməsini diqqətdə saxlayır
09.08.2020
Sabahdan bu istiqamətlərdə ekspress xəttlər fəaliyyətə başlayır

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11585

1 Leyla Abdullayeva: Ermənistan bəzi Yaxın Şərq ölkələrindəki erməni əsilli əhalinin Azərbaycanın beynəlxalq tanınmış Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz məskunlaşdırılması cəhdlərinə əl atır
2 Turizm Agentliyi sahibkarlara müraciət edib
3 Azərbaycan mətbəxi: Naxçıvan bozpörtü -VİDEO
4 Azərbaycan Memarlar İttifaqı öz tarixinin intibah dövrünü yaşayır
5 Azərbaycanda böyrək transplantasiyası əməliyyatlarına yenidən başlanacaq


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info