“İctimai qınaq mexanizmi bir sıra ölkələrdə effektiv mübarizə üsulu kimi özünü göstərməkdədir”
Tarix: 03.07.2020 | Saat: 20:12:00 | E-mail | Çapa göndər



“Hər bir vətəndaşımız diqqətli olmalı, hadisələrə reallıq hissin itirmədən yanaşmalıdır.
Mayın əvvəlindən həyata keçirilən yumşalma tədbirləri bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da xəstələyin yayılma sürətini artırıb. Bu fikirləri millət vəkili Ceyhun Məmmədov səsləndirib o deyib ki, bunun səbəbi də insanların karantin qaydalarına riayət etməməsidir: ”Qaydalar isə çox sadədir – lazım olmadıqca evdən çölə çıxmamaq, tibbi maska taxmaq, sosial məsafəni saxlamaq və gigiyenik qaydalara riayət etmək.
Ancaq bəzi vətəndaşlar bu qaydalara əməl etmirlər. Onlar ictimai, qapalı məkanlarda olarkən nə sosial məsafə saxlayır, nə də tibbi maskadan istifadə edirlər. Nəticədə isə koronavirusa yoluxanların sayı dayanmadan artır.
Artan yoluxma sayı pandemiyaya qarşı ölkəmizdə həyata keçirilən effektiv tədbirləri minimuma endirir və davam edərsə, daha acı nəticələrlə üzləşəcəyimiz barədə SOS siqnalı verir.
Təəssüf hissi ilə əhalinin karantin qaydalarına, xüsusən də maskadan istifadəyə biganə yanaşmasından danışan millət vəkili Ceyhun Məmmədov deyib ki, cərimələr və inzibati cəzalarla yanaşı, vətəndaş mövqeyi və ictimai qınaq mütləq olmalıdır: “İctimai qınaq mexanizmi bir sıra ölkələrdə effektiv mübarizə üsulu kimi özünü göstərməkdədir. Azərbaycanda pandemiyanın ilk günlərindən
dövlət tərəfindən “COVİD 19”la mübarizədə xalqı qorumaq üçün lazımı addımlar atılır.
Vətəndaşlar da koronavirusla mübarizəyə eyni həssaslıqla yanaşmalı və əhalinin sağlamlığı üçün tələb olunan karantin qaydalarına əməl etməlidir.
Virusa qalib gəlməyin yeganə yolu məsuliyyətli davranmaq, karantin qaydalarına riayət etməkdir.
Dövlətin, polisin bir tələbi var, o da hər bir vətəndaşın qaydalara tam əməl etməsidir. Karantin rejiminin tezliklə bitməsi bilavasitə bizim özümüzdən asılıdır.
Əgər tez bitməsini istəyiriksə, qaydalara tam riayət etməliyik. Bu daha çox özümüzə lazımdır. Vəziyyətin təhlili göstərir ki, xəstəliyin əhatə dairəsi daha da genişlənir. Qaydalara əməl etmədikcə virusa yoluxanların sayı daha da artacaq. Acı nəticələri daha çox hiss etməyə başlayacağıq.
Biz nə qədər həmrəy olub həm özümüz, həm də ətrafda olan insanlar, yaxınlarımız tərəfindən sadə qaydalara əməl etməyi təmin edə bilsək, bir o qədər tez bu vəziyyətdən çıxa biləcəyik və həyat öz adi axarına qayıdacaq.
Əgər pozuntulara qarşı barışmaz olsaq, ətrafımızdakı insnaların biganəliyinə qarşı mübarizlik nümayiş etdirsək, bir o qədər də tez və yaxşı nəticə əldə etməyə müvəffəq ola bilərik”.
Millət vəkilinin sözlərinə görə, hər şeydən öncə vətəndaşların özlərində qanun pozuntusuna qarşı ictimai qınaq olmalıdır:
“İnsanlar ictimai nəqliyyatda, qapalı məkanlarda, mağazalarda, dayanacaqlar qaydaları pozan, maskasız gəzən insanları qınamalı və kəskin münasibət bildirməlidir. Bir sözlə, hər bir vətəndaşımız diqqətli olmalı, hadisələrə reallıq hissin itirmədən yanaşmalıdır”. Onlar ictimai, qapalı məkanlarda olarkən nə sosial məsafə saxlayır, nə də tibbi maskadan istifadə edirlər. Nəticədə isə koronavirusa yoluxanların sayı dayanmadan artır.
Artan yoluxma sayı pandemiyaya qarşı ölkəmizdə həyata keçirilən effektiv tədbirləri minimuma endirir və davam edərsə, daha acı nəticələrlə üzləşəcəyimiz barədə SOS siqnalı verir.
Təəssüf hissi ilə əhalinin karantin qaydalarına, xüsusən də maskadan istifadəyə biganə yanaşmasından danışan millət vəkili Ceyhun Məmmədov deyib ki, cərimələr və inzibati cəzalarla yanaşı, vətəndaş mövqeyi və ictimai qınaq mütləq olmalıdır: “İctimai qınaq mexanizmi bir sıra ölkələrdə effektiv mübarizə üsulu kimi özünü göstərməkdədir. Azərbaycanda pandemiyanın ilk günlərindən
dövlət tərəfindən “COVİD 19”la mübarizədə xalqı qorumaq üçün lazımı addımlar atılır.
Vətəndaşlar da koronavirusla mübarizəyə eyni həssaslıqla yanaşmalı və əhalinin sağlamlığı üçün tələb olunan karantin qaydalarına əməl etməlidir.
Virusa qalib gəlməyin yeganə yolu məsuliyyətli davranmaq, karantin qaydalarına riayət etməkdir.
Dövlətin, polisin bir tələbi var, o da hər bir vətəndaşın qaydalara tam əməl etməsidir. Karantin rejiminin tezliklə bitməsi bilavasitə bizim özümüzdən asılıdır.
Əgər tez bitməsini istəyiriksə, qaydalara tam riayət etməliyik. Bu daha çox özümüzə lazımdır. Vəziyyətin təhlili göstərir ki, xəstəliyin əhatə dairəsi daha da genişlənir. Qaydalara əməl etmədikcə virusa yoluxanların sayı daha da artacaq. Acı nəticələri daha çox hiss etməyə başlayacağıq.
Biz nə qədər həmrəy olub həm özümüz, həm də ətrafda olan insanlar, yaxınlarımız tərəfindən sadə qaydalara əməl etməyi təmin edə bilsək, bir o qədər tez bu vəziyyətdən çıxa biləcəyik və həyat öz adi axarına qayıdacaq.
Əgər pozuntulara qarşı barışmaz olsaq, ətrafımızdakı insanların biganəliyinə qarşı mübarizlik nümayiş etdirsək, bir o qədər də tez və yaxşı nəticə əldə etməyə müvəffəq ola bilərik”.
Millət vəkilinin sözlərinə görə, hər şeydən öncə vətəndaşların özlərində qanun pozuntusuna qarşı ictimai qınaq olmalıdır:
“İnsanlar ictimai nəqliyyatda, qapalı məkanlarda, mağazalarda, dayanacaqlar qaydaları pozan, maskasız gəzən insanları qınamalı və kəskin münasibət bildirməlidir. Bir sözlə, hər bir vətəndaşımız diqqətli olmalı, hadisələrə reallıq hissin itirmədən yanaşmalıdır”.




 
Bölməyə aid digər xəbərlər
12.08.2020
Hulusi Akar hərbi heyətlə Azərbaycana səfər edib
12.08.2020
Ceyhun Bayramov “CNN Türk“ə Ermənistanın Tovuz istiqamətində törətdiyi təxribat barəsində danışıb
11.08.2020
Azərbaycan domen adlarının milli inzibatçısı müəyyənləşdi
11.08.2020
Serbiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir
11.08.2020
Azərbaycan və Türkiyə XİN başçıları arasında geniş tərkibli görüş keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11585

1 Leyla Abdullayeva: Ermənistan bəzi Yaxın Şərq ölkələrindəki erməni əsilli əhalinin Azərbaycanın beynəlxalq tanınmış Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz məskunlaşdırılması cəhdlərinə əl atır
2 Turizm Agentliyi sahibkarlara müraciət edib
3 Azərbaycan mətbəxi: Naxçıvan bozpörtü -VİDEO
4 Azərbaycan Memarlar İttifaqı öz tarixinin intibah dövrünü yaşayır
5 Azərbaycanda böyrək transplantasiyası əməliyyatlarına yenidən başlanacaq


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info