Azərbaycan VIII İnternet İdarəçiliyi Forumunda iştirak edir
Tarix: 23.10.2013 | Saat: 15:51:00 | E-mail | Çapa göndər


Azərbaycan nümayəndə heyəti Balidə (İndoneziya) keçirilən «Körpülərin qurulması: çoxtərəfli əməkdaşlıqda hökumətlərin rolu» mövzusunda VIII İnternet İdarəçiliyi Forumunda (IGF) iştirak edir. Bundan öncəki toplantıya ev sahibliyi etmiş Azərbaycanı təmsil edən rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə toplantıda çıxış edib.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən verilən məlumata görə, E.Vəlizadə çıxışında indiyədək keçirilmiş toplantılar arasında öz nəticələrinə görə ən yüksək göstəriciləri olan Bakı toplantısının IGF prosesinə müsbət töhfə verdiyini vurğulayıb. Nazir müavini İKT sahəsinin Azərbaycanın inkişafı üçün əsas prioritet sahələrdən biri olduğunu qeyd edib və görülən işlər barədə iştirakçıları məlumatlandırıb. E.Vəlizadə «IGF-Baku» toplantısından sonra ölkədə bu sahədə əldə olunmuş nailiyyətləri qeyd edərək, ölkənin ilk telekommunikasiya peykini orbitə çıxarması, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun, Yüksək Texnologiyalar Parkının yaradılmasını, İnformasiya Texnologiyaları Universitetinin fəaliyyətə başlamasını diqqətə çatdırıb. Ölkədə və regionda internetin inkişaf etdirilməsi istiqamətində işlər barədə fikirlərini bölüşən E.Vəlizadə Azərbaycanda genişzolaqlı xidmətlərin inkişafı üzrə layihənin icrası, EPEG layihəsində iştirak və Trans-Avrasiya Super İnformasiya Magistralı (TASIM) layihəsinin əhəmiyyəti haqqında forum iştirakçılarını məlumatlandırıb.
Forumda iştirak çərçivəsində E.Vəlizadə İndoneziyanın rabitə və informasiya texnologiyaları naziri Tifatul Sembirinq ilə görüşüb və tərəflər İKT sahəsində mövcud vəziyyət, ölkələr arasında əməkdaşlıq imkanları məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar.
Tədbirdə ABŞ, Böyük Britaniya, Yaponiya, Braziliya, Türkiyə, Rusiya rəsmiləri, beynəlxalq və ictimai təşkilatların nümayəndələri ilə görüşlər keçirilib. Səfər çərçivəsində E.Vəlizadə Yüksəksəviyyəli Nazirlər Toplantısında da çıxış edib.
Oktyabrın 25-dək davam edəcək IGF forumu çərçivəsində Azərbaycanın İKT sahəsinə həsr olunmuş seminarın keçirilməsi nəzərdə tutulub.

Nigar




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Yol polisi Bakıda yük daşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri sahiblərinə müraciət edib
12.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasında Konstitusiya Günü qeyd olunub
12.11.2018
Bakıdan Misirin Şarm əl-Şeyx şəhərinə birbaşa çarter reysi açılıb
12.11.2018
Daşkənddə Dövlət Bayrağı Günü qeyd olunub
08.11.2018
Yük maşınlarının Bakıya daxil olması üçün marşrutlar müəyyən edilib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info