UNESCO-da azərbaycanlı mütəfəkkirə həsr edilmiş beynəlxalq simpozium
Tarix: 23.10.2013 | Saat: 15:55:00 | E-mail | Çapa göndər


Parisdə UNESCO-nin mənzil-qərargahında Heydər Əliyev Fondunun təşəbbüsü və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə böyük Azərbaycan mütəfəkkiri Seyid Yəhya Bakuviyə həsr edilmiş beynəlxalq simpozium keçirilib. “Seyid Yəhya Bakuvi: Tolerantlığın ifadəsi” adlanan simpozium UNESCO tərəfindən böyük təsəvvüf şeyxi və xəlvətiyyə sufi təriqətinin banisi Seyid Yəhya Əl-Şirvani Əl-Bakuvinin vəfatının 550 illiyi münasibətilə 2013-cü ilin “Bakuvi ili” elan edilməsi ilə əlaqədar dövlət komitəsi vasitəsilə silsilə tədbirlər beynəlxalq müstəviyə çıxarılıb.
Simpoziumda Seyid Yəhya Bakuvi və onun banisi olduğu xəlvətiyyə təriqəti, onların dünyada tolerantlıq və qarşılıqlı hörmətin möhkəmlənməsinə verdiyi töhfə barədə məruzələrlə çıxış ediblər.
Simpoziumda İngiltərə, Fransa, Türkiyə, Əlcəzair, Azərbaycan və başqa ölkələrdən dəvət edilmiş tədqiqatçı alimlər, həmçinin UNESCO nəzdinə diplomatik nümayəndəliklərin təmsilçiləri, mədəniyət xadimləri iştirak ediblər.
Simpozium DQİDK tərəfindən hazırlanmıış və Azərbaycanda dinlərarası xoşgörü tarixindən, multikulturalizm və mədəniyyətlərarası dialoqun möhkmlədirilməsi istiqamətində Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüslərindən bəhs edən “Tolerantlığın ötəsi” adlı sənədli filmin nümayişi ilə başlayıb.
Simpoziumu giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov Seyid Yəhya irsinin və təsəvvüf yolunun Azərbaycanda milli kimliyin əsasında duran dini tolerantlığın formalaşmasında xüsusi əhəmiyyətə malik olduğunu qeyd edib. O bildirib ki, ölkəmizdə uzun əsrlər boyu formalaşmış tolerantlıq ənənələri bu gün Azərbaycan dövləti tərəfindən təşviq edilir. Bu ilin UNESCO tərəfindən “S.Y.Bakuvi ili“ elan olunmasının da məhz Heydər Əliyev Fondunun təşəbbüsü nəticəsində ərsəyə gəlməsi bunun bariz nümunəsdir. Natiq həmçinin qeyd edib ki, S.Y.Bakuvi və onu şöhrətləndirdiyi xəlvətiyyə təriqətinin dünyaya buraxdığı irs – istər dinlərarası tolerantlığ dünyagörüşünün, istər məzhəblərarası çatışmalar qarşısının alınmasında, istərsə də dini radikalizmlə mübarizədə - bu gün də aktuallığını itirməyib.
Simpoziumun açılış mərasimində çıxış edən BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali Nümayəndəsi cənab Nasser Abdulaziz Al-Nasser Seyid Yəhya Bakuviyə həsr edilmiş bu mötəbər simpoziumda məmnuniyyətlə iştirak etdiyini və dəvətə görə təşkilatçılara öz minnətdarlığını bildirib. O, UNESCO tərəfindən 2013-cü ilin “Seyid Yəhya Bakuvi ili” kimi qeyd edilməsini əlamətdar hadisə adlandırıb və qeyd edib ki, onun irsi insanlar və mədəniyyətlər arasında fərqlilikləri birləşdirmək üçün salınan körpüdür. O bildirib ki, bu il Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakıda keçirilən II Dünya Mədəniyyətlərarası Forumu zamanı o bir daha Azərbaycanın mədəniyyətlərarası dialoq və dini tolerantlıq sahəsində dərin ənənələrə malik olduğunu, bu ənənələrin qorunması istiqamətində Azərbaycan dövlətinin davamlı fəaliyyətinin şahidi olub.
UNESCO MD Platformunun başçısı Katerina Stenu simpoziumun açılışında çıxış edərək bildirmişdir ki, Azərbaycanda dini dözümlülük sadəcə sözdə deyil. Azərbaycan xalqının öz tarixi boyu mədəniyyətlər və dinlər arasındakı qarşılıqlı rəğbətin ən gözəl nümunəsini yarada bilib.
Nüfuzlu alimlərin iştirakı ilə “Azərbaycandan dünyaya açılan pəncərə: Seyid Yəhya Bakuvi və xəlvətilik”, “Azərbaycanda sufilik və Bakuvi irsi“ adlı panellərdə işinə davam etmiş simpoziumda Seyid Yəhya Bakuvi və onun banisi olduğu xəlvətiyyə təriqəti, onların dünyada tolerantlıq və qarşlıqlı hörmətin möhkəmlənməsinə verdiyi töhfə barədə məruzələr dinlənilib.
Günün sonunda Simpoziumun iştirakçıları dünya şöhrətli fotoqraf Reza Deqatinin “Azərbaycan – tolerantlıq məkanı”adlı UNESCO da kecirilən foto sərgisində iştirak ediblər.

İlkin





 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10487

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info