Xocalı soyqırımı Tel-Əviv sakinlərini şoka saldı
Tarix: 23.10.2013 | Saat: 16:53:00 | E-mail | Çapa göndər


2013-cü ilin fevralında “Xocalıya ədalət” kampaniyası çərçivəsində açılmış fotosərgi öz fəaliyyətini İsrailin ən böyük şəhərlərindən biri olan Tel-Əvivdəki “Neve-Eliezer” Mədəniyyət Sarayında davam etdirir. Bu barədə “Azərbaycan-İsrail” Beynəlxalq Assosiasiyasının (Azİz) İdarə Heyətinin üzvü Arye Qut qəzetimizə məlumat verib. Bu fotosərgi Heydər Əliyev Fondu, Dağ Yəhudilərinin Beynəlxalq Xeyriyyəçilik Fondunun dəstəyilə Azİz tərəfindən təşkil olunub. Tədbir "Justice for Khojaly" sənədli fotosərgisinin nümayişi ilə başlayıb. 1992-ci ilin fevralında Azərbaycan şəhəri Xocalıda baş vermiş soyqırımı hadisələrini əks etdirən sərgi iştirakçılarda dərin mütəəssirlik oyadıb. Xatirə kitabında öz təəssüratlarını Tel-Əviv şəhər merinin müavini Arnon Gilyadi, Şəhər İctimai Şurasının sədri Yelena Yufit, Rusdilli İsraillilər Federasiyasının Tel-Əviv bölməsinin rəhbəri İlya Levin, Tel-Əviv sakini, Azərbaycanın xalq artisti Dina Tumarkina, professor Mixail Aqarunov və digərləri yazıblar.
Xocalı soyqırımı ilə bağlı iştirakçıları beynəlxalq münasibətlər üzrə ekspert, Azİz İdarə Heyətinin üzvü Arye Qut təfərrüatı ilə bilgiləndirib və soyqırımına işıq salıb. Xocalı soyqırımının təfərrüatlarından danışan ekspert qeyd edib ki, soyqırımı ilə bağlı ortada olan faktlar sübut edir ki, Xocalının dinc sakinlərinin qətlə yetirilməsi onlarıln kütləvi məhv edilməsi məqsədi daşıyıb və bu da məhz onların azərbaycanlı olması səbəbindən baş verib: “Xocalı şəhəri növbəti işğal faktı və Azərbaycan ərazilərinin etnik təmizlənməsinin növbəti mərhələsi kimi götürülüb, şokedici qəddarlıqla törədilərək əhali arasında panika və dəhşət yaymağa xidmət edib. Günahsız uşaqlara, qadınlara və qocalara qarşı bu barbar qəddarlığı heç bir izaha yer qoymur”.
A.Qut bildirib ki, Xocalıda azərbaycanlı əhalinin qırılması qeyri-iradi olaraq nasistlərin Lidiçdə, Oradurda, Xatunda törətdikləri vəhşilikləri yada salır: “Nə qədər ki Dağlıq Qarabağ və ətrafındakı ərazilər Ermənistanın işğalı altında durur, Azərbaycanın bu müqəddəs torpaqları işğalçılardan azad olunmayıb və azərbaycanlı qaçqınlar doğma yurdlarına dönməyib, hər birimiz İsraildə Azərbaycan diasporunun nümayəndəsi kimi dünya ictimaiyyətinə erməni aqressiyası, onun ən ağır izləri və ədalətin bərpa olunması barədə barədə həqiqətləri çatdıracağıq”.
Tel-Əviv şəhər merinin müavini Arnon Gilyadi, Şəhər İctimai Şurasının sədri Yelena Yufit, Rusdilli İsraillilər Federasiyasının Tel-Əviv bölməsinin rəhbəri İlya Levin tədbirdə çıxış edərək tədbirin təşkilatçı və dəstəkçilərinə təşəkkürlərini bildiriblər. Onlar qeyd ediblər ki, Azərbaycan xalqının qanlı qırğınından və dəhşətli faciəsindən şoka düşüblər.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb
24.09.2018
Aşot Qriqoryan: “Bu gün Ermənistanın yürütdüyü siyasət acınacaqlı vəziyyətdədir”
24.09.2018
Minsk şəhərində “Bakı Bulvarı”
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info