Rəsul Quliyev: “Bütün Avropa demokratik seçkilərə görə təbriklər göndərdi”
Tarix: 23.10.2013 | Saat: 17:26:00 | E-mail | Çapa göndər


“Müxalifət isə hələ də xalqı aldatmaqla məşğuldur”

Eks-spiker Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyevin radikal müxalifət liderlərini dəfələrlə tənqid etməsinin şahidi olmuşuq. O “milli şura” yaranan gündən bu qurumda işlərin səmimi şəkildə qurulmamasını, ümumilikdə müxalifət liderlərinin bir-birilərinə qarşı davaranışlarında da səmimiliyin olmadığını dəfələrlə bildirmişdi. Təşkilatçılıq, təbliğat-təşviqat kampaniyalarından tutmuş, liderlərin şəxsi ambisiyalarını önə çəkmələrinə qədər olan məsələləri daim kəskin tənqid edən Rəsul Quliyev son günlərdə də susmaq bilmir.

ACP lideri “milli şura”ya açıq məktub ünvanlayıb. Onun sosial şəbəkələrdə paylaşdığı məktubdan olan maraqlı məqamları oxuculara təqdim edirik:

“Hörmətli cənablar və xanımlar! “Milli şura” qarşısına qoyduğu “tarixi” missiyasını nəinki yerinə yetirə bilmədi, əksinə çox ağır məğlubiyyətə uğradı.
“Milli şura”nın bəzi üzvlərinin “canfəşanlığı” nəticəsində vahid və alternativ namizədlər ətrafında gedən əhəmiyyətsiz diskussiyalar, şantaj xarakterli hərəkətlər 21 avqust qərarına gətirib çıxardı.
Təəssüf ki, özünün siyasi həyatını uzatmaq siyasətinə üstünlük verən bəzi partiya liderləri risk edib seçkilərdə iştirak etmək və namizəd olmaq istəmədilər. Namizəd olmaq istəmədiyini dəfələrlə elan etmiş Cəmil müəllimi dilə tutub vahid namizəd elan etdilər. Seçkilərin nəticəsi məlumdur və İlham Əliyev ATƏT, Avropa Şurası və Parlamenti, eləcə də 10-larla ölkələrin başçılarından isti təbrik teleqramları aldı. Avropa İttifaqının prezidenti və hər iki müavini demokratik seçkilər keçirilməsi münasibəti ilə təbriklərini göndərdi. Göndərilən təbrik teleqramlarının yarısından çoxu demokratik ölkələrin başçılarındandır. Hətta Avropa Şurası Parlament Assambleyasının sədri Cəmil müəllimin Strasburqa səfərindən sonra ikinci dəfə təbrik teleqramı göndərdi. O məktubla tanış olun! (R. Quliyev həmin məktubu da açıq məktubuna əlavə edib - Red).
Nə üçün bu məktubla tanış olmağınızı istədim? İstəyirəm ki, 21 avqust qərarının nəticəsini əyani görəsiniz.
1993-cü ildə AXCP və Müsavat ölkəni idarə edə bilməyib, hakimiyyətlərini öz arzuları ilə Heydər Əliyevə verdilər. Həmin o vaxtdan bu günə qədər bu partiyaların liderləri özlərini “ana müxalifət” adlandırdılar. 1998-ci ildə Əbülfəz Elçibəyə qarşı təxribat aparanlar kimlərdir, həmin bu iki qüvvə. Hökümət də onların “ana” müxalifət olmasında maraqlıdır. Hökümət yaxşı bilir ki, onların xalq arasında heç bir hörməti yoxdur. Ona görə də 2 qəzetin- “Azadlığ”ı AXCP-nin, “Yeni Müsavat”ı Müsavat partiyasının ruporuna çevrilməsinə imkan yaradıb. Müsavatın qəzeti az da olsa neytrallıq göstərmək təşəbüsündə olur, “Azadlıq” isə məktəb direktorunun hər gün yoxladığı informasiya vasitəsinə çevrilib.
2010-cu ildən İctimai Palata adlanan qurum 2 ildən artıq bir müddətdə “bu gün- sabah hər şeyi dəyişdirəcəklər” nağılları ilə camaatı aldatdı. İndi də həmin funksiyanı “milli şura” adı altında davam etdirmək istəyirlər. Bu gün “milli şura” adını dəyişmiş İctimai Palatadır.
Hörmətli xanımlar və cənablar! İndi də “milli şura” adından yenidən 5 il də özümüzün şəxsi və cılız ambisiyalarımıza görə xalqı aldatmamalıyıq. Bu gün rejim güclüdür, “milli şura” adlı təşkilata heç fikir vermir. Son bir neçə ildə Prezident çıxışlarında müxalifəti kifayət qədər təsirli tənqid edib.

“Milli şura” ilk növbədə aşağıdakı sualları müzakirə etməlidir:

Konkret kimlər əsas məsələləri müzakirə etmək əvəzinə, heç bir əhəmiyyəti olmayan memorandumları müzakirə obyektinə çevirib.
Kimlərin təşəbbüsü ilə bir çox namizədlər irəli sürmək, əsas namizəd seçkilərə buraxılmasa sentyabrın 9-dan sonra qərar qəbul etmək kimi konstruktiv plan taran edildi. Seçkilərə ən azı İ.Qəmbər, Ə.Kərimli, E.Namazov, M.Fəttayev, C.Həsənli və S.Əkbər qatıla bilərdi. Hər şeyi qoyaq qırağa, TV-də Cəmil müəllimin 54 dəqiqəlik çıxışının əvəzində 324 dəqiqəlik xalqa müraciət ola bilərdi.
Musavat və AXCP faktiki seçkilərin təşkili məsələsindən hamını uzaqlaşdırıb, bütün məsuliyyəti öz üzərinə götürdü. Bu gün həmin məsuliyyətin iflasına görə izahat verilməlidir.
“Milli şura”dan real vəziyyətə qiymət verməyi bacarmayan ömrü boyu şüarlarla yaşayanların təcrid olunmasının vaxtı çatmayıbmı və sair.
Çünki real plan və proqramı olmayan “milli şura” heç kimə lazım deyil, ilk növbədə xalqa. Kimlərin “milli şura”da qalıb-qalmaması belə bir müzakirə keçiriləndən sonra məlum olmalıdır. Hər halda mən heç vaxt kimlərinsə ziyan verən siyasi həyatının uzadılmasına qulluq edən “milli şura”da qalmaram. Bəlkə “milli şura”da məndən başqa da belə düşünənlər var”.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Fransa Minsk qrupunun həmsədrliyindən çıxarılmalıdır
15.11.2018
Yaponiya televiziyasında Azərbaycan haqqında xüsusi veriliş yayımlanıb
15.11.2018
Azərbaycan-Rusiya dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyanın 6-ci iclası keçirilib
15.11.2018
Dövlət Komitəsinin nümayəndə heyətinin Kaliforniyada görüşləri davam edir
15.11.2018
Büdcə müzakirələri başa çatdı: hökumətə noyabrın 23-dək vaxt verildi

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info