Cümşüd Nuriyev: “Müxalifəti elə öz içindən olan Rəsul Quliyev çox gözəl ifşa etdi”
Tarix: 23.10.2013 | Saat: 17:58:00 | E-mail | Çapa göndər


“Milli şura”nın bu ilin əvəlində yola düşən qatarı seçki başlamamış qəza vəziyyətinə düşdü. Qatarı idarə edənlər isə dəfələrlə tənqidlərə məruz qaldılar ki, buarada da diqqətçəkən elə müxalifətçilərin öz tərəfdaşlarından sayılan eks-spiker Rəsul Quliyevin bu işdə fəal olması idi. Seçki bitdi, “milli şura”dakılar xaricdən üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirdilər, amma Rəsul Quliyev hələ də susmadı. O haqlı tənqidlərinə davam edir. Eks-spikerin tənqidlərnə dözümsüzlük nümayiş etdirən AXCP və Müsavat funksionerləri isə onu siyasət adamı olmamaqda suçladılar.
“Palitra”ya açıqlama verən siyasi şərhçi Cümşüd Nuriyev eks-spikerin son müraciətini şərh edərək, onunla razı olduğunu söylədi. Politoloq Rəsul Quliyevin haqlı ittihamlarla müxalifəti fakt qarşısında qoyduğunu da söylədi: “Rəsul Quliyevin “milli şura”ya göndərdiyi son tənqidi müraciətini bir kənara qoyuram. Onun sözügedən birliklə bağlı əvvəldən səsləndirdiyi fikirlərlə tamamilə razıyam. Nə üçün? Çünki Rəsul Quliyev real siyasətçidir. Bu “milli şura”da açığı sürrealizmlə məşğul olurlar. Yəni, olmayan bir şeydən yapışırlar. Özlərini mövcud olmayan məsələlərlə də gündəmə gətirməyə çalışırlar. “Milli şura” yarananda da biz dedik ki, burada heç bir millilikdən söhbət gedə bilməz. Bu, Rusiyada bəzi dairələrdən qaynaqlanan şəxslərin layihəsi idi. Qurumun ssenari müəllifi həmin qüvvələr idisə, baş rolun ifaçısı Rüstəm İbrahimbəyov idi. Açığı buraya da özlərini siyasi canavarlar hesab edənlər toplaşdılar. Amma proseslər də göstərdi ki, onlar canavarlıqdan da uzaqdırlar. Həm “EL” hərəkatı, həm Müsavat, həm də AXCP birmənalı şəkildə “milli şura”nın iflasa uğraması üçün əllərindən gələn hər bir işi gördülər. Elə ki, gördülər Rusiyadakı dairələr bu layihənin arxasından çəkildilər, Rüstəm İbrahimbəyov da 180 dərəcə dəyişdi, əsas gözlərini dikdikləri maliyyə mənbələrini itirmək qorxusu onlara güc gəldi. Problemlərlə üzləşən, aldıqlarını alıb, satdıqlarını da satan liderlər qurumu da zibilliyə atmağa başladılar”. Cümşüd Nuriyev deyir ki, bu “alqı-satqı”dan sonra siyasi proseslər sadəcə olaraq hansısa siyasi oyunla, fiqurla sona çatdırılmalı idi ki, burada da “yazıq” bir obraz tapıldı. “Aldanmış kəvakib” kimi duruma düşən həmin obraz Cəmil Həsənli oldu. Onu gündəmə gətirib əsas məsələlərdən diqqəti də yayındırdılar: “Bu adam əslində bədbəxt biridir. Səmimi deyirəm ki, əslində ona yazığım gəlir. Bu şəxs o qədər özünə aşiq olub, xəyalara inanıb ki, günü bu gün də “bəlkə də qaytardılar” eşqi ilə yaşayır. Azərbaycan prezidenti and içib, Rəsul Quliyevin də dediyi kimi kifayət qədər demokratik ölkələrdən təbriklər gəlib, hökumət buraxılıb və yeni məmurlar yığılıb, yenə də bu adam köhnə fikrindən əl çəkmir. Təbii ki, Rəsul Quliyevin də səsləndirdiyi fikirlərdə böyük həqiqət var. Bütün bu olaylara və oyuna görə liderlər məsuliyyət daşıyırlar. Amma onlar təkcə məsuliyyət daşımamalı, siyasətdən getməlidirlər. Çünki bu insanların eks-spikerin də dediyi kimi, şüarçılıq təfəkkürü hələ də qalır. Aşağı səviyyəli çıxışlar, dünyagörüşlərinin aşağı olması bunlarda ifrat dərəcədədir. Belə bir şəraitdə bu liderlərin irəli getməsi mümkünsüzdür”. Politoloq onu da qeyd etdi ki, Rəsul Quliyevin dediyi kimi, onların içində təmizləmə aparılmalıdır, partiya liderləri isə istefa verməlidirlər: “O qurumun adını qoyublar demokratik qüvvələrin birliyi. Nə qədər gülünc səslənir... Vallah, burada demokratiyadan heç bir söhbət getmir. Bunlar özləri də hələ demokratiyanı tam anlamırlar. Sadəcə onlarınkı psevdodemokratiyadır. Psevdodemokratiyada, adətən güclü dövlətdə öz siyasətlərini demokratiya donuna bürüməklə gizlədirlər. O pərdənin arxasından isə kimləri istəsələr vururlar. “Milli şura”dakılar bu statusda çıxış edib, ümumilikdə Azərbaycan müxalifətini arxadan vurdular. Rəsul Quliyevin də dediyi əslində budur. Onun müraciətinin məğzi bundan ibarətdir ki, özlərini ana müxalifət sayanlar belə oyunlarla müxalifəti və ümumilikdə xalqı arxadan vurdular. Çünki burada millətin inamı da qırıldı. Beş-on nəfər bu liderlərin ardıyla gedən qüvvə qalmışdı ki, artıq onların da inamı tükəndi. Bunlar sadəcə götürdükləri öhdəlikləri yerinə yetirdilər və həmin ümidsizləşən insanları düşünmədilər. Rəsul Quliyev də bunları gözəl anladığı üçün onları ifşa etdi. Bu adam əslində hər şeyi doğru və zamanında demişdi”
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib
14.11.2018
Daxili orqanlarında narkotik vasitə keçirmək istədilər
14.11.2018
“Xanoba“ gömrüyündə qızıl zərgərlik məmulatları keçirən şəxs saxlanılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10476

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info