Kişilər atalıq məzuniyyətinə çıxacaq
Tarix: 23.10.2013 | Saat: 19:15:00 | E-mail | Çapa göndər


“Uşağın doğulmasından sonra valideynlər özləri fikirləşəcəklər ki, məzuniyyətə kim çıxsın”

“Qruziya-onlayn” Gürcüstanın Əmək Məcəlləsinə dəyişiklik təklifləri ilə bağlı yazı dərc edib. Yazıda bildirilir ki, əmək haqqında qanunvericiliyə düzəlişlər ataya ailədə uşaq dünyaya gələndə dekret məzuniyyətinə getməyə imkan verir.
“Bizə Gürcüstan üçün nə isə yeni bir şey təklif edilir. Bu ondan ibarətdir ki, uşağın doğulmasından sonra valideynlər özləri fikirləşəcəklər ki, məzuniyyətə kim çıxsın. Burada isə kimin məzuniyyətə çıxmasının ailə büdcəsinə daha az mənfi təsir edəcəyi əsas götürüləcək”. Bu barədə Gürcüstanın ədliyyə naziri Tea Çulukiani bildirib. Onun sözlərinə görə, qanun layihəsində əsas diqqət bərabər şərtlər çərçivəsində əməyin bərabər əvəzlənməsi, qadınlara münasibətdə diskriminasiyanın aradan qaldırılması, iş növbəliliyinin tənzimlənməsi, müəyyən kateqoriyalı qadınların gecə işləməsinə məhdudiyyətin tətbiqi, uşaqlarına süd verən qadınlar üçün kifayət qədər iş fasiləsinin təmin olunması, hamiləliklə, doğumla və uşaqlara baxmaqla bağlı məzuniyyət və sair məsələlərə yönəldiləcək.
Qadınların əmək hüquqlarına düzəlişlər edilməsi Əmək Məcəlləsinin təkmilləşdirilməsinin ikinci mərhələsini təşkil edir.
Gürcüstan ədliyyə nazirinin sözlərinə görə, bu təkliflər sadəcə layihə statusundadır və onların parlamentə təqdim olunması beynəlxalq və yerli təşkilatlarla, biznes-sektorları və məşğuliyyət birlikləri ilə məsləhətləşmələr vasitəsilə həyata keçiriləcək.
İlkin




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10134

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info