Ağdam rayonunun Quzanlı qəsəbəsində tanınmış alim Xudu Məmmədovun adını daşıyan parkın açılışı olub.
Rayon ictimaiyyətinin iştirakı ilə keçirilən açılış mərasimində çıxış edənlər vətənpərvər alimin həyat və yaradıcılığından, eləcə də son illər Ağdam rayonunda aparılan abadlıq-quruculuq işlərindən danışıb, göstərilən qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.
Sonra parkın açılışını bildirən rəmzi lent kəsilib, iştirakçılar burada yaradılan şəraitlə tanış olublar. 3400 kvadratmetr sahəni əhatə edən parkda yaraşıqlı fəvvarə quraşdırılıb, oturacaqlar qoyulub, göz oxşayan yaşıllıqlar salınıb. Park müasir işıqlandırma sistemi ilə təchiz edilib.
|