“Dostunu göstər, deyim necə adamsan”
Tarix: 23.10.2013 | Saat: 22:55:00 | E-mail | Çapa göndər


Şahin Tağıyev: “Elşad Abdullayevlə şəkil Cəmil Həsənliyə şərəf gətirməyəcək”

“Milli şura”nın hazırda əsas “qəhrəmanı” sayılan Cəmil Həsənli məsələsi ətrafında narazılıqlar və maraqlı faktlar çoxalmaqdadır. Belə narazılardan biri İsveçdə yaşayan Milli Qəhrəman Şahin Tağıyevdir. O, “Facebook” səhifəsində “milli şura”nın vahid namizədi ətrafında monopoliya” adlı yazı ilə “milli şura”ya münasibətini bildirib.
“Palitra”nın məlumatına görə, o, “milli şura”nın vahid namizədinin Avropaya 2 dəfə gəldiyini qeyd edir və tənqidlərini də bu istiqamətdə yazır: “İlk dəfə Rüstəm İbrahimbəyov gələndə Almaniyaya təşrif buyurdu, lakin Avropada yaşayan həmyerlilərimizlə görüşmədi (kiçik bir qrupla görüşdü). Emin Milli onun görüşlərini monopoliyaya aldı və guya qrafiki dolu olduğundan bizlərlə görüşməyə zaman tapa bilmədi. İkinci dəfə də Avropaya təşrif buyuran digər namizəd Cəmil bəy əsasən Fransada oldu və bu dəfə də Elnur Məcidlinin monopoliyasına düşdü. Burada yaşayan həmvətənləri ilə görüşmədi, Elşad Abdullayev xaric. Nədənsə, Elşad Abdullayevlə görüşə zaman tapıldı… Maraqlıdır ki, Cəmil bəy nəyə görəsə, Avropada yaşayan həmyerlilərimizdən “gizlədilir”. Məgər bir neçə saatını ayırıb, yerli azərbaycanlılarla bir kiçik görüş təşkil etmək olmazdımı? Bir neçə gündür, Cəmil bəyin Elşad bəylə şəkli internetdə dolaşır. Bu şəklin ərsəyə gəlməsində əməyi olan Elnur Məcidli bu görüşü təşkil edib, fotonu çəkəndə niyə düşünmədi ki, Avropada yaşayan azərbaycanlı təkcə Elnur Məcidli və Elşad Abdullayev deyil? Bəs bu qədər çoxsaylı bizlər?! Elnur Məcidli bu şəkli tarixləşdirəndə təbii, öz “maliyyə mənbəyini” reklam edir, amma Cəmil bəyin reputasiyası onun üçün önəmli deyil. Cəmil Həsənli Elşad Abdullayevlə şəkil çəkdirəndə düşünməli idi ki, bu şəkil ona şərəf gətirməyəcək. Mən şəxsən ona olan inamımı itirdim, deyə bilərəm. “Dostunu göstər deyim, necə adamsan” misalında olduğu kimi, azərbaycanlıların çox yaxşı tanıdığı, rüşvətxor və fırıldaqçı, şərəfsiz Elşad Abdullayevlə Cəmil Həsənlinin nə əlaqəsi ola bilərdi? Bu şəkil ona əksiklik gətirdi! Cəmil bəy belə şeyləri götür-qoy etməli idi!”
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq
13.11.2018
Tereza Mey: “Brexit” müzakirələri son mərhələyə çatıb
10.11.2018
ABŞ İrana qarşı hərbi əməliyyat planlaşdırmır
09.11.2018
Ermənistanın KTMT-dəki nümayəndəsinin geri çağırılması təbiidir, çünki rəsmi Yerevan yanlış siyasət yürüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10463

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info