Leonid Slutski: “Rusiya- Azərbaycan münasibətləri inkişaf edir və möhkəmlənir”
Tarix: 23.10.2013 | Saat: 23:08:00 | E-mail | Çapa göndər


Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədri Leonid Slutski ümid edir ki, Biryulevo hadisələri Rusiya-Azərbaycan münasibətlərinə təsir göstərməyəcək.
“RİA Novosti”nin məlumatına görə, L. Slutski hesab edir ki, Orxan Zeynalovun Azərbaycan mənşəyinin israrla vurğulanması bir növ, informasion təxribatdır: “Bu cür provokasiyalarla ölkələr və xalqlar arasında ayrılıq yaratmaq cəhdləri iflasa məhkumdur. Əslində belə situasiyalar dövlətlərarası və xalqlararası münasibətlərin, Rusiya və Azərbaycanda yaşayanların bir-biri ilə əlaqələrinin çox möhkəm olduğunu və bu cür problemlərin buna maneçilik törədə bilməyəcəyini göstərir”. L.Slutski qeyd edib ki, Rusiya-Azərbaycan münasibətləri heç vaxt olmadığı qədər stabildir, inkişaf edir və bütün istiqamətlər üzrə möhkəmlənir. O, Moskvada və Rusiyanın digər şəhərlərində böyük miqdarda azərbaycanlının yaşadığını və onların arasında çoxlu sayda hörmət sahibi insanların - həkimlərin, alimlərin, pedaqoqların olduğunu söyləyib: “Mən tam əminəm ki, Azərbaycan İlham Əliyevin 9 oktyabr seçkilərində inamlı qələbəsindən sonra öz yeni tarixinin əlamətdar səhifəsindədir və bu səhifənin əsas başlıqlarından biri Azərbaycanla Rusiya arasında dəyişməz konstruktiv və məhsuldar əməkdaşlıq olacaq”.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info